Neftçalada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş mini futbol turniri keçirilib.

2023-05-10 Baxış: 401
img

1-9 May tarixləri arasında Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı və Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Heydər Əliyev İli" və Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibəti ilə rayonun idarə, müəssisə və təşkilatları arasında keçirilən mini-futbol idman növü üzrə rayon birinciliyi keçirilib.

May ayının 9-da mini-futbol turnirinin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Gənclər və İdman İdarəsinin rəisi Araz Əhmədov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri və finala vəsiqə qazanan komandalar iştirak edib.

Qalibiyyət uğrunda gərgin keçən mübarizənin yekun nəticələrinə əsasən⤵️
- Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin komandası I (birinci)
- Polis şöbəsinin komandası II (ikinci)
- Fish Farm MMC-nin komandası isə III (üçüncü) yerdə qərarlaşıb.
Sonda qalib komandaların bütün üzvləri təşkilatçı qurumlar tərəfindən müvafiq yerlərə uyğun olaraq medallarla, komanda kapitanları diplomla, MKTİB-nin komandası isə eyni zamanda kubokla təltif edilib.
Böyük əmək sərf edən və əzmkarlıq nümayiş etdirən hakim və futbolçular "Hakim" olaraq fərqləndiyinə və "Ən yaxşı futbolçu" nominasiyaları üzrə müvafiq diplomlarla mükafatlandırılıb.
Qeyd edək ki, mini-futbol üzrə rayon birinciliyi ümumilikdə 14 komanda arasında 01-09 may 2023-cü il tarixlərdə qrup oyunları, yarımfinal və final mərhələləri olmaqla həyata keçirilib.
Qalib komandaları təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.