Razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır.

2023-05-11 Baxış: 152
img

Prezident İlham Əliyev cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxış edib. Düşünürəm ki,  razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır. Rusiya-Ukrayna müharibəsindən əvvəl biz keçmiş Minsk qrupu həmsədrlərinin yenidən iştirakla bağlı cəhdlərinin şahidi olduq. Lakin qətiyyətlə buna qarşı çıxdıq. Minsk qrupu uğursuzluğa düçar oldu, 1992-ci ildən 2020-ci ilədək heç bir nəticə əldə etmədi. Nəticə faktiki olaraq neqativ idi. İşğal dövründə qondarma danışıqların sonunda biz aydın başa düşdük ki, Minsk qrupunun həmsədrləri, sadəcə olaraq, status-kvonu saxlamaq istəyirdilər ki, bu da onlar və Ermənistan üçün rahat idi. Azərbaycan müxtəlif təxribatlara cavab tədbirləri gördü və İranın sərhədinə yaxın iki hərbi təlim keçirdi. Biri xüsusi təyinatlılarla birgə oldu. İkinci təlim isə müttəfiqimiz Türkiyə ilə, “F-16” qırıcıları və Türkiyənin xüsusi təyinatlıları ilə birgə keçirdik. Bu, sadəcə, gücün nümayiş etdirilməsi deyil, özümüzü müdafiə etmək bacarığımızdan xəbər verən mesaj idi. Hazırda Tehrandakı səfirliyimiz bağlıdır. Bizim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir. Azərbaycan səfirliyimizə qarşı törədilmiş terror hücumunun şəffaf araşdırılmasını tələb edir.deyə dövlət başçısı bildirmişdir.

Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.

 

Zeynalabdin Abbasov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü