İrandan Azərbaycana qeyri-qanuni daşımalar davam etdiyi üçün İrana diplomatik nota verildi.

2023-05-12 Baxış: 146
img

3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda bildirib ki,”İrandan Azərbaycana qeyri-qanuni daşımalar davam etdiyi üçün İrana diplomatik nota verildi. İran səfiri Xarici İşlər Nazirliyimizə dəvət olundu və məsələ ictimai qaydada açıqlandı. Lakin, əfsuslar olsun ki, daşımalar dayanmadı və hətta daha intensiv forma aldı. Hətta İran bizim sərhədə yaxın hərbi təlimlər təşkil etməyə başladıqda, biz bunu da emosional addım kimi dəyərləndirdik”Azərbaycan İran yük maşınlarının Qarabağ bölgəsinə qanunsuz daxil olmağa etdiyini göstərən eksklüziv video-görüntülər əldə edib. İranlılar və ermənilər bu zaman müxtəlif hiylələrə əl atırlar Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşarkən Xankəndinə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün İran yük maşınlarına erməni qeydiyyat nömrələri bərkidirlər. Onlara elə gəlirmiş ki, bu cür hiyləgərliklərlə kimisə aldada biləcəklər. Ancaq eyni nömrəni bir yük maşınından digərinə bərkitməklə yanılıb və ilişiblər. Bununla bağlı Azərbaycanın əlində konkret, təkzibolunmaz fotoşəkil dəlilləri var.İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edildi. Səfirə nota verildi və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olundu. Səbəb həqiqətən də sanballı idi: İran yük maşınları ilə Qarabağa qanunsuz yük daşınması. Səfirin diqqətinə birmənalı şəkildə çatdırıldı ki, Azərbaycan tərəfi iki ölkə münasibətlərinə kölgə salan bu cür faktlardan ciddi şəkildə narahatdır.Notada rəsmi Bakının icazəsi olmadan dost İran İslam Respublikasına məxsus müxtəlif nəqliyyat vasitələrinin Azərbaycanın Qarabağ bölgəsinə davamlı olaraq girməsindən narazılıq əksini tapıb. Əvvəllərdə İran tərəfinə şifahi şəkildə çatdırılan narazılığımız görüş zamanı yenidən səfir qarşısında qaldırılib.Rəsmi Bakı o vaxt bu cür qanunsuz hərəkətlərə son qoyulması üçün yeni İran rəhbərliyindən əməli addımlar gözlənildiyi bildirilmişdir.

Zülfəli Muradov,

YAP Neftçala rayon təşkilatı

ərazi partiya təşkilatının sədri