Abşeronda avtomobil Neftçala rayon sakinini vuraraq öldürüb.

2019-05-03 Baxış: 1107
img

03.05.2019.

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, Mayın 1-də saat 21 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Dadanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Neftçala rayon sakini Nahid Əliyevi və Laçın rayon sakini Elşən Cəfərzadəni vurmuşdur. Nəticədə N.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölmüş, E.Cəfərzadə xəstəxanaya yerləşdirilmişdir.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.