Xalqımızı nicata aparan yol

2023-06-12 Baxış: 238
img

Tarix yazmaq asan,tarixi yaratmaq isə olduqca mürəkkəb bir işdir.Tarix yaratmaq hər liderə nəsib olmur. Bunun üçün öz qətiyyətin ilə mənsub olduğun xalqı arxanca aparmalı, sonunda isə qalib olmalısan. Məhz belə bir dahi şəxsiyyət məhz Azərbaycan xalqının taleyinə yazılan Heydər Əliyev oldu. Öz siyasi nüfuzu ilə dünya tarixində əbədi iz qoymuş bu şəxsiyyət qeyri-adi zəkası və fitri istedadı ilə Azərbaycanı dünyaya tanıtdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Bununla da ölkədə davam edən, dövlət çevrilişinə yol açan gərginlik, qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən, parçalanma təhlükəsindən xilas oldu. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başladı. Bu mühüm gün xalqımızın yaddaşında Milli Qurtuluş Günü kimi tarixləşdi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş yarandı. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas edərək ölkəmizi parçalanmaqdan, yox olmaq təhlükəsindən qurtarmasında idi.

Azərbaycan xalqı 15 iyun gününü bayram kimi qeyd etməklə yanaşı, Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.

Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Ümummilli liderin başladığı müqəddəs işləri şərəflə davam etdirən İlham Əliyev ikinci Qarabağ müharibəsində 44 gün ərzində məhz Ulu Öndərin vəsiyyətini həyətə keçirərək haqq savaşında haqq yolunda qalib oldu.

 

Anarə Mustafayeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü