Azərbaycanda Ramazan ayı başlayıb

2019-05-06 Baxış: 688
img

06.05.2019

Azərbaycanda bu gündən Ramazan ayı başlayıb.

MAYAKİNFO-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasında bildirilir ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayır.

Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.

QMİ Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq, fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.

Ramazan bayramı isə iyunun 5-6-da qeyd olunacaq.