Süleyman Rüstəmin şeirləri, əsərləri, bütün yaradıcılığı xalqımızda birinci növbədə Vətəni sevmək, Vətənə sadiq olmaq, vətənpərvər olmaq, millətimizlə, xalqımızla fəxr etmək hissləri, duyğuları yaradıb, inkişaf etdirib.

2023-06-21 Baxış: 241
img

"Süleyman Rüstəmin şeirləri, əsərləri, bütün yaradıcılığı xalqımızda birinci növbədə Vətəni sevmək, Vətənə sadiq olmaq, vətənpərvər olmaq, millətimizlə, xalqımızla fəxr etmək hissləri, duyğuları yaradıb, inkişaf etdirib. Adamları insan, vətəndaş edən, insanları yüksək mənəviyyata qaldıran amillərdən biri də bizim mədəniyyətimizdir, ədəbiyyatımızdır, şeirimizdir. Süleyman Rüstəmin şeirləri, əsərləri bizim ədəbiyyatımızı, mədəniyyətimizi zənginləşdirərək XX əsrdə keçdiyi böyük, mürəkkəb, çətin yolda xalqımıza dayaq olmuş, xalqımızı irəliyə aparmış, yüksəltmişdir." -

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın xalq şairi, görkəmli ictimai xadim Süleyman Rüstəmin anadan olmasının 90 illiyi münasibətilə təntənəli yubiley gecəsində nitqindən (26 mart 1998-ci il)

Zaman-zaman Azərbaycan xalqının tarixində mərd oğul və qızlarımızın cənglərdə,cəbhələrdə,döyüşlərdə göstərdikləri şücaət,qəhrəmanlıq hərb tariximizin parlaq səhifələrini təşkil edir. Ürəyində, qəlbində əsl Vətən məhəbbəti,sevgisi olan bu cəsur, mərd oğul və qızlarımızın hünərləri bədii ədəbiyyatda daim ustalıqla qələmə alınır,gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmalarına xidmət edir.Yaradıcılığında müharibə mövzusuna müraciət edərək, qiymətli sənət inciləri yaradan ustad sənətkarlardan biri də Xalq şairi Süleyman Rüstəm olmuşdur. 20-ci illərində işıq üzü görən “Ələmdən nəşəyə” adlı lik kitabından başlanan yaradıcılıq yolunun müxtəlif mərhələlərindən, Süleyman Rüstəm poeziyasının əsas mövzularından bəhs etdi. İnsanlara sevgi, məhəbbət, incə hisslər, xoş duyğular aşılayan lirikası ilə yanaşı, Təbriz həsrətli və müharibənin ağrı-acılarını sənətkarlıqla, yüksək bədiiliklə təsvir edən şeirlərinin də həmişəlik ədəbiyyatımızın qızıl fonduna daxil olduğunu bildirdi, incə zövqlü liriklərindən biri olaraq, Səməd Vurğun, Rəsul Rza kimi qələm və məslək dostları ilə birlikdə Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərini yada saldı.

Süleyman Rüstəmin onlarca şeirinə musiqi bəstələnmişdir. Muğam üstündə oxunan qəzəlləri insanlara xoş əhval-ruhiyyə bəxş edir. Süleyman Rüstəmin “Ana və poçtalyon”, “Gün o gün olsun ki...”, “Təbrizim”, “Şəhriyara məktub” və digər şeirləri dillər əzbəri olmuşdur və bu gün də gənclərdə vətənpərvərlik hissləri oyadır.

“Süleyman Rüstəmin şeirləri, əsərləri, bütün yaradıcılığı xalqımızda birinci növbədə Vətəni sevmək, Vətənə sadiq olmaq, vətənpərvər olmaq, millətimizlə, xalqımızla fəxr etmək hissləri, duyğuları yaradıb, inkişaf etdirib. Adamları insan, vətəndaş edən, insanları yüksək mənəviyyata qaldıran amillərdən biri də bizim mədəniyyətimizdir, ədəbiyyatımızdır, şeirimizdir. Süleyman Rüstəmin şeirləri, əsərləri bizim ədəbiyyatımızı, mədəniyyətimizi zənginləşdirərək XX əsrdə keçdiyi böyük, mürəkkəb, çətin yolda xalqımıza dayaq olmuş, xalqımızı irəliyə aparmış, yüksəltmişdir” bu fikirləri Azərbaycanın xalq şairi, görkəmli ictimai xadim Süleyman Rüstəmin anadan olmasının 90 illiyi münasibətilə təntənəli yubiley gecəsində Dahi Öndərimiz söyləmişdir.

 

Gülnar Məmmədova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü