Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi

2023-06-23 Baxış: 569
img

Ümumilli Lider Heydər Əliyevin istər Sovet İmperiyası, istərsə də müstəqillik dövründə Azərbaycan dili uğrunda apardığı mübarizəsini, bu dilin müdafiəsinə yönəldilən mücadiləsini dərk etmək üçün onun Azərbaycan Respublikasının yeni Konstitusiya lahiyəsinin dövlət dili haqqında maddəsinin geniş müzakirəsində söylədiyi nitqinə diqqət yetirmək yerinə düşər.Dilimizi mənimsəməyi, öyrənməyi,tövsiyə edən dil problemlərini təfərrüatlarınadək bilən Ulu Öndər bu bilikləri ilə auditoriyaları heyranlıqda qoyur. Heydər Əliyevin çıxış etdiyi auditoriyalar öz zənginliyi ilə seçilən auditoriyalardı. Bu auditoriyaları öz parlaq çıxışları ilə fəth etmək, yalnız güclü məntiqə malik təfəkkürdən süzülüb gələn nitqlə mümkün olur.Bütün bunlara nail olmaq geniş ensiklopedik biliklərə söykənməyin nəticəsidir. Müxtəlif peşə sahiblərinin toplaşdığı geniş zallar öz peşələrinə aid olan dəyərli sözləri eşidir, həmin peşələrə xas olan məzmun incələnməsinin şahidi olur, heyranlıqlarını gizlətmirdilər. İzahedicilik Heydər Əliyev nitqinə daxil olan bir nəzəriyyədir. Azərbaycan bayrağını sevən, onu poetik çalarlarla auditoriyalara sevdirən böyük natiq bayraqla Vətəni , xalqı, dövləti eyniləşdirir, bərabərləşdirir.Heydər Əliyevin heç yerdə yazılmayan heç kəs tərəfindən təkrarı olmayan nitqinin şahidi oluruq. Məhz belə nitqlər daimi və yadddaqalan olur.Nitqin təsir göstərən mühüm elementlərindən biri giriş və sonluğudur ki, bu elementlər Heydər Əliyevin nitq və çıxışlarında öyrənilməyə layiqdir. Bənzərsiz giriş və sonluqlar böyük natiqin nitqində əsas struktur vahidlərindəndir. Siyasi natiqlərin banilərindən biri kimi Heydər Əliyev nitqinin araşdırılması bu gün də aktualdır. Heydər Əliyev nitqinin gücü,səmimiyyət ,qətiyyət,nikbinlik ,poetizm və sair ilə .şərtlənir ki,onlardan biri də böyü k natiqin fikrindəki fəlsəfi fikirlərdir. Müdrüklüyü qəbul edən fəlsəfə tarix boyu görkəmli şəxsiyyətlərin sözləri ilə zənginləşib yüksək səviyyəyə çatıb.Heydər Əliyev müdrikliyə elə müdrikcəsinə tərif verir,müdrüklik anlayışına öz təfəkkürü işığında cavab verir: ”Müdrüklük təkcə o insanların elmi,biliyi,təhsili ilə bağlı deyildir. Müdrüklük insanın fitri istedadıdır,müdrüklük həm də insanın həyatı dərk etməsi,gedən proseslərə düzgün qiymət verməsi və ondan özü üçün lazımi faydalar götürməsidir”. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan ədəbiyyatının araşdırılmasına yönəldilən mükəmməl elmi tədqiqatı xatırladan Heydər Əliyev nitqi başlanğıcını duru dağ çeşməsindən götürüb böyük dənizə-nitq mədəniyyətinə qovuşan əzəmətli bir çaya bənzəyir.Heydər Əliyevin hansı nitqinə,hansı çıxışına əl atdiqca orada məntiqə söykənən,sistemliyə,ümumləşdirilmələrə gətirib çıxaran ardıcıllığın şahidi oluruq.Şifahi nitqdə belə məntiqi ardıcıllıqları,xüsusilə də saatlarla davam edən çıxışlarda təmin etməkhər natiqə müəssər olmur. Elə Heydər Əliyev nitqinin fenomenliyi də bundadır. Gələcəkdə Heydər Əliyevin nitqində məntiqi ardıcıllığın təfərrüatlarının öyrənilməsi,davam etdirilməsinə ehtiyac vardır.

 

 

Aygün Musayeva,

 

YAP Neftçala rayon təşkilatının fəal üzvü