Öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik.

2023-07-14 Baxış: 247
img

İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.Müşavirədə çıxış edən ölkə başçısı altı ay ərzində iqtisadiyyatımızın inkişaf etdiyini qeyd edərək bildirib ki, “Cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır.Şimal-Cənub nəqliyyat dəhlizi öz növbəsində ölkəmizin nəqliyyat əlaqələrinin genişləndirilməsinə və tranzit ölkə kimi bu sahədən böyük həcmdə gəlir əldə etməsinə imkan verəcəkdir. Bu da Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin siyasi əhəmiyyəti də danılmazdır.Azərbaycan Respublikasının Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulması, dəhlizlə yük və sərnişin daşımalarında fəal iştirakı respublıkamızın iqtisadi maraqlarına uyğun olacaq. Yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, tranzit xidmətlərini büdcənin əsas gəlir mənbələrindən birinə çevirməyə, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərınin açılmasına və digər problemlərin həllinə şərait yaradacaqdır.”Bu yaxınlarda biz öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik. Hərəsi 115 min tonluq üç böyük tanker alınıb. Bu, Azərbaycan tarixində ilk dəfədir. Tankerlərə “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib”. Bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim “Aframax” tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir.Ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğı nəticəsində iqtısadiyyatın bütün istiqamətlərində, o cümlədən nəqliyyat sistemi və onun infrastruktur sahələrinin də sürətli inkişafı üçün böyük imkanlar yaranmışdır.

Elşad Tağıyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini