Rəqəmsallaşma sektoruna böyük həcmdə maliyyə vəsaiti ayrılıb

2023-07-26 Baxış: 268
img

Qarabağın incisi olan Şuşa erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Möhtərəm Prezidentimiz  İlham Əliyev cənablarının tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı iyul ayının 21-23-də Qarabağın Mədəniyyət paytaxtı olan Şuşa  şəhərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. Çox böyük rezonans doğuran bu mötəbər Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumları  qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Bütün bunlar beynəlxalq tədbirin müstəsna əhəmiyyətə malik olmasından  xəbər verir.

  İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə bu gündə   dünyanın diqqət mərkəzindədir. Təkcə Şuşa şəhərinin  işğal¬dan azad edilməsi üçün  tətbiq edilən hərbi taktika variantları  Azərbaycan Ordusunun yenilməz gücünə  və qüdrətinə olan  ehtiramın ifadəsidir. Bu qələbə dünyanın əksər dövlətlərinin hərbi ekspetlərinin təklifləri ilə qurumlar tərə¬fin¬dən öyrənilməkdədir.

Forumda çıxışında ölkə başçımız İkinci Qarabağ müharibəsinin gedişində xalqa müraciə¬tin¬də qürurla dediyi fikirlər ondan xəbər verir ki, Şuşa şəhəri  Azər¬bay¬canın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin və  sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatmış hesab olundu. Eyni zamanda böyük fəxarətlə deyə bilərik ki, Şuşanın işğaldan azad olunması  Azərbaycan xalqının və Rəşadətli Ordunun cəsarətinin  rəmzidir.

Respublikamız iqtisadiyyatı yüksək səviyyədə  inkişaf etdiyinə görə  region dövlətləri içərisində iqtisadiy¬yatın önündə  gedir. Özünü dünyada enerji istehsalçısı kimi sübut edən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaş¬larından biri kimi  təqdim edir. Ölkəmiz Beynəlxalq Şərq–Qərb, Şimal–Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirib. Bütün bunların sayəsində təbii olaraq respub¬likamızın regional və dünya iqtisadiyya¬tında rolu və əhəmiyyəti xeyli yüksəlib.

Möhtərəm  Prezidentimiz cənab İlham Əliyev  Forumda çıxışı zamanı qeyd etdi ki, bizim fəal çalışdığımız digər bir mühüm sahə rəqəmsallaşmadır. Həmin sektora böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Böyük potensialımız var. Mən bilirəm ki, bəzi Amerika şirkətləri artıq bərpaolunan enerji sahəsinə maraq göstərir. Biz bu sahədə çox böyük potensiala malikik. Bakını yaxşı tanıyan insanlar bilirlər ki, Bakı çox küləkli şəhərdir və əlbəttə, bəzən külək güclü olanda bu, problem yaradır. Ancaq, eyni zamanda, biz görürük ki, külək Xəzər dənizində də böyük gəlir gətirəcək. Artıq Beynəlxalq Maliyyə Korporasiyası hesablama aparıb. Hesablamaya görə, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində şirkətlər artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş imzalandı və Avropa İttifaqının Prezidenti də orada iştirak edirdi. Həmin layihəyə əsasən, biz Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xətti inşa edəcəyik. Artıq ilkin hesablama aparılıb və texniki-iqtisadi əsaslandırmanın yəqin ki, sentyabr-oktyabr aylarında təqdim olunacağını gözləyirik. Layihə üzrə Rəhbər Komitənin ilk iclası fevralda Bakıda keçirilib.

Bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş enerjisi stansiyası istifadəyə veriləcəkdir, lakin bu, yalnız birincidir. Biz 10 qiqavat səviyyəsində memorandumlar və sazişlər imzalamışıq. Beləliklə, texniki-iqtisadi əsaslandırmaya başlanılıb. Həmin memorandumların yarısı belə həyata keçirilsə, bu, bizim üçün kifayət edəcək ki, Avropada geniş coğrafiyaya elektrik enerjisini ixrac edə bilək. Bu, bizə elektrik enerjisi istehsal etmək üçün təbii qaza da qənaət etməyə imkan verəcək və biz həmin həcmləri beynəlxalq bazara çıxaracağıq. Yəni, bu, hər kəs üçün uduşlu bir vəziyyətdir.

 

Pərviz Cavadov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri