Xankəndi xuntası Şuşada bir daşı daş üstə qoymayıb

2023-07-26 Baxış: 185
img

Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında çox maraqlı məsələlərə toxunulub. Dövlətimizin başçısı deyib ki,  Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah “prezident”, gah “nazirlər”, gah da “deputatlar” adlandıranlar artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər.Biz təşəbbüs göstərdik, mən Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdim və bu təmasların qurulması məqsədilə o, Qarabağa göndərildi. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik. Ola bilərdi ki, hansısa səhv olub, onların həqiqətən də bunu istəmədiklərinə əmin olmaq məsələsində yanlışlıq ola bilərdi. Yenə də imtina etdilər. Lakin mən onda dedim ki, üçüncü dəvət olmayacaq. İstəmirlərsə, demək, istəmirlər.Amma sonra nə olduğunu yəqin ki, yaxşı bilirsiniz. Azərbaycan ilə Ermənistanın dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulması. Əgər bizim bütün fəaliyyətimizin xronologiyasını izləsəniz, hətta İkinci Qarabağ müharibəsinin başlanmasına qədər getsəniz, siz bizim haqlı olduğumuzun məntiqini və güclü arqumentini görəcəksiniz. Biz utana biləcəyimiz və ya “bəli, bax, burada biz haqsızıq” deyəcəyimiz heç bir şey etməmişik. Biz hər şeyi düzgün etmişik.Biz İkinci Qarabağ müharibəsinin başlanmasına qədər iki il müddətində erməni rəhbərliyinə də şans vermişik, amma onlar bundan istifadə etmədilər. Biz Laçın-Xankəndi yolunun, sadəcə, “özbaşına keçid” olduğu, Ermənistanın 2021-ci ildə istehsal etdiyi minaların bu yol vasitəsilə göndərdiyi vaxtda da şans verirdik. Biz bu minaları aşkar etdik, tapdıq. Biz Rusiya sülhməramlı kontingentinin, həmçinin Ağdamda yerləşən Rusiya-Türkiyə monitorinq mərkəzinin nümayəndələrini dəvət etdik, göstərdik və sual verdik: “Bu minalar Qarabağa necə gətirilib? Onları kim gətirib? Kim diqqətdən qaçırıb?”. Halbuki, bu, mümkün deyil. Ermənistan terroru davam etdirdiyindən, biz Qələbədən sonra öz ərazimizdə nə üçün həlak olmalıyıq?! Ona görə də bizim bütün addımlarımız məntiqli, əsaslandırılmış, müdrik və kifayət qədər cəsarətli idi. Bu səbəbdən sərhəddə nəzarət-buraxılış məntəqəsinin qoyulması postmünaqişə dövründə mühüm mərhələ idi və şəraiti əhəmiyyətli dərəcədə dəyişdi. Həmçinin bu hərəkətlərin, hərçənd dərhal və bütün aktorlar tərəfindən heç də həvəslə deyil, tam qəbul edilməsi nəticədə legitim olaraq qəbul olundu. Bu da bir mesaj idi. Lakin biz neçə dəfə mesaj göndərməliyik, neçə dəfə işarə etməliyik? Məgər bunlar artıq az idi? Həm Fərrux əməliyyatı, həm 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində vəziyyət, həm 2022-ci ilin sentyabrında sərhəddə vəziyyət, həm də nəzarət-buraxılış məntəqəsi. Axı biz neçə dəfə onlara mesaj verməliyik? Məgər belə anlamazdırlar?

Ona görə indi yenidən inteqrasiya məsələsi Qarabağın erməni sakinlərinin bax bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən bu xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır. İndi də istismar edirlər, çünki ekofəallar Laçın-Xankəndi yoluna çıxanda, Xankəndidəki sözdə “erməni rəhbərliyi” sadə vətəndaşlara bu yoldan istifadə etməyə icazə vermirdi. Onlar blokpost qoyaraq, bizi blokadada ittiham edirdilər. Bu gün onlar yenə Ağdam-Əsgəran yolunda beton plitələr qoyublar. Siz “nə üçün ərzaq məhsulları başqa ölkədən gətirilməlidir? Axı “Qarabağ Azərbaycandır” dediniz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox. Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim-kimi bloklayır? Ona görə də bütün məsələ bundadır.Bu gün çadırlarda oturub və kiməsə etiraz edilməsi komediya şousudur. Bu, sadəcə, lətifədir. Özünü “prezidentlər” adlandıran şəxslərin etiraz etməsi, oturaq tətil bizdə bəzi jurnalistlər tərəfindən zarafat mövzusu olub. Yəqin ki, növbəti mərhələdə “uzanan” tətil olacaq. Sonra nə bilim, hansı olacaq, lakin bu, məsələyə kömək etməyəcək. Biz Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, bizim gücümüz də bundadır. Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər. Nə üçün hansısa etnik qrup bu fonda fərqlənməlidir, bu, mənə də tam aydın deyil. Bax, bizim yanaşmamız belədir. Biz indiyədək Xankəndidə və ətrafında yaşayan cəmiyyətin sağlam düşüncəli hissəsinin Azərbaycana belə məhəl qoyulmamasının bütün perspektivsizliyini başa düşəcəyinə və sağlam düşüncənin üstünlük təşkil edəcəyinə inamımızı itirməmişik. Əks halda, düşünürəm ki, kiminsə gəlib onların yerinə döyüşəcəyinə indi yalnız sadəlövhlər bel bağlaya bilər. Onların reallıqları anlaya bilməsi və barışması üçün bir neçə mərhələ olub. Onlar müxtəlif instansiyalara, qonşulardan başlayaraq uzaqda yerləşən bəzi ölkələrə qədər müxtəlif dövlətlərə müraciət ediblər. Amma, zənnimcə, ağlı başında olan heç kim Azərbaycanın ərazisində bizimlə döyüşməyəcək. Ona görə də onlar sonunda bu reallıqları başa düşməli və barışmalıdırlar. Artıq söylədim ki, işğal dövründə vasitəçilər mənə dəfələrlə deyirdi ki, “Birinci Qarabağ müharibəsi belə qurtarıb, siz reallıqları qəbul etməlisiniz”. Lakin mən onları qəbul etmirdim və etmədim. Ancaq indi mən yenə də deyirəm: gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu, yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq. Bu səbəbdən ümid edirəm ki, onlar bu sözləri eşidəcək və düzgün nəticə çıxaracaqlar.

 

Əli Məmmədzadə,

YAP Neftçala rayon təşkilatının üzvü