Ədalətli mövqe

2023-07-27 Baxış: 214
img

Çin Xalq Respublikası son onilliklər ərzində iqtisadi sahədə əldə etdiyi uğurlarına görə dünyanın diqqətini özünə cəlb edə bilmişdir. Belə ki, bu ölkədə aparılan uğurlu xarici və daxili siyasətin nəticəsində davamlı inkişafa nail olunub. Dərin keçmişə və çoxəsrlik tarixə malik olan Çində bütün sahələrdə özünəməxsus adət-ənənələr formalaşıb. Tarixə nəzər saldıqda çin xalqının çox çətinliklərə üzləşdiyini, sərt sınaqlardan keçdiyini görə bilirik. Bunun nəticəsidir ki, Çinin xarici siyasətinin əsasını başqa ölkələrin daxili işinə qarışmamaq, iqtisadi əlaqələri faydalı əməkdaşlıq çərçivəsində inkişaf etdirmək təşkil edir. Çinlə Ökəmiz coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən mövcud olmuş dostluq əlaqələri bu gün də davam və inkişaf edir. Əlbəttə ki, bu münasibətlərin yaranmasında və inkişaf etməsində tarixi İpək yolu çox vacib rol oynamışdır. Güclənməkdə və böyüməkdə olan Çin öz iqtisadiyyatı yeni üfüqlər açmaqla şaxələnmək niyyətini ortaya qoyur. Bu mənada 2013-cü ildə Çin tərəfindən “Bir kəmər, bir yol” layihəsinin irəli sürülməsi tarixi İpək yolunun yenidən canlanmasına xidmət edir. Ölkəmizin layihəyə verdiyi önəm 2017-ci ilin oktyabrında “Bakı-Tbilisi-Qars” dəmir yolunun açılışı ilə öz təsdiqini tapdı. Çin hökuməti “Bakı-Tbilisi-Qars” dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirdi. Xüsusi vurğulamalıyıq ki, Çin hər zaman beynəlxalq təşkilatlarda Ölkəmizlə eyni mövqe nümayiş etdirib. 30 ilə yaxın müddətdə düyünə salınmış “Qarabağ məsələsi”nə birmənalı münasibətdə olub. Bu ölkə Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsi zamanıda bu mövzuya toxunaraq qeyd etmişdir ki, biz Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləmişik və dəstəkləməkdə davam edirik. Bu siyasət bir neçə il əvvəl qeyd olunub, bir çox hallarda yenidən təsdiqlənib, tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək. Birincisi, bu, onunla bağlıdır ki, Çin bizim üçün dost ölkədir. Biz hər zaman beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləyirik. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək olmaz. Beynəlxalq hüququ ayrılıqda tətbiq etmək istəyən ölkələr yalnız öz nüfuzunu itirəcəklər, çünki beynəlxalq hüquqda aydın şəkildə deyilir ki, ərazi bütövlüyü onun fundamental prinsipidir. Xalqların öz müqəddəratının təyin edilməsi hər hansı ölkənin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməli deyil. Bu, beynəlxalq hüququn fundamental prinsipləridir. Buna görə, Vahid Çin siyasəti ilə bağlı mövqeyimiz tam aydındır və ümid edirəm ki, bəzi Qərb hökumətləri də bu mövqeyə uyğun davranacaqlar.İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir. Biz sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladıq. Bir neçə dəfə danışıqlar aparılıb və iyunun sonunda davam etdiriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir – onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar. Bundan sonra razılaşma əldə oluna bilər və düşünürəm ki, əgər ermənilər söylədiklərini yerinə yetirərlərsə və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə, onda biz ilin sonuna qədər sülh müqaviləsinə nail olaraq, onu imzalaya bilərik. Bu, həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar. Həmçinin əlavə etmək istəyirəm, Azərbaycandakı erməni azlığına gəldikdə, biz artıq rəsmən bəyan etmişik ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Bununla belə, Azərbaycan onlarla etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkədir. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Buna görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar. Düşünürəm ki, bu, tam şəkildə beynəlxalq hüququn normalarına uyğundur və fikrimcə, Azərbaycanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilir.

Mirülvi Ağalarov,        

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilat sədrinin müavini