Ermənistan və diaspora soyuq müharibə dövrünü yaşayır.

2023-08-21 Baxış: 145
img

BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Qarabağda
yaşayan erməni əhalisinin sanki aclıqdan ölmələri ilə bağlı məsələnin müzakirə
olunması erməni şousunun kulminasiya nöqtəsi idi. Bu məsələ artıq dünya
birliyinin nəzərində bitmişdir. Əlbəttə, cəhdlər davam etdirilsə də bu məsələni heç
kim ciddi qəbul etməyəcəkdir. Eyni zamanda da bu hadisə BMT-nin son zamanlar
azalan nüfuzuna kəskin zərbədir. Dünyanın yüzlərlə real problemlərlə, həqiqi aclıq
faktları ilə, müharibələrlə üzləşdiyi bir vaxtda olmayan bir məsələni müzakirəyə
çıxaran BMT-nin Təhlükəsizlik Şurası ədalətin, hüququn deyil, hansısa ayrı-ayrı
maraqların masasına çevrildiyini bir daha sübut etdi.Azərbaycan diplomatiyası
məharətini bir daha sübut etdi: “Erməni lobbisinin bütün cəhdləri də hədər getdi.
Bir sözlə ifadə etsək, qazdıqları quyuya elə özləri də düşdü. Ermənistan rəhbərliyi
artıq ümid bağladığı beynəlxalq qurumlardan və xarici havadarlardan əlini üzməli,
doğru yola, yəni Azərbaycanla sülhə gəlməlidir. Çünki artıq bütün reallıqlar ona
dövlətimizlə münasibətləri sağlamlaşdırmaqdan başqa yol olmadığını göstərdi.
Artıq beynəlxalq aləm istəsə də, həqiqətlərə göz yuma bilməz, çünki Azərbaycan
hökuməti bütün reallıqları açıq-aşkar faktlarla göstərir, hər kəsdən də buna
susmamağı tələb edir. Ermənistanın ənənəvi qurban cildinə girmək cəhdi baş
tutmadı.Dünya da ermənilərin bu hiyləsindən təngə gəlib.Müzakirələr
Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifinin beynəlxalq
ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ
bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın
yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyünü bir daha
göstərdi. Ermənistanın bu iclasda dəstək gözlədiyi dövlətlərdən fərqli mövqe
görməsi onun üçün bir zərbə oldu. Rusiya bəlkə də Ermənistanın ən çox dəstək
gözlədiyi dövlətlərdən idi, amma Rusiya nümayəndəsinin də çıxışında
“Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi ikitərəfli dialoqda Azərbaycanın
qanunvericiliyinə uyğun aparılmalıdır” ifadəsi təqdirəlayiq idi.Ermənistan özünün
absurd iddialarını BMT TŞ-nın növbədənkənar iclasında rəsmiləşdirərək
Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq
gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı.Faktiki
olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi. Azərbaycana qarşı
erməni tərəfinin iddiaları ilə bağlı heç bir fikir bildirilmədi. Sözsüz ki, bu
Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü
fəaliyyətinin uğurlu nümunəsi ilə bağlıdır.

Elçin Əsədov,

YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədr müavini