İkinci Qarabağ müharibəsinin başlanması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi

2023-10-04 Baxış: 165
img

Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.

Dövlətimizin başçısı tədbirdə çıxışı zamanı bildirmişdir ki, “İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq. Biz 44 gün ərzində bunu etdik. 44 günlük müharibə qaçılmaz idi. İlk olaraq artıq sadaladığım səbəblərdən, ikincisi isə Ermənistan bu məsələni dondurmaq istəyirdi. Hesab edirdi ki, Azərbaycanda yeni yetişən nəsil Qarabağı unudacaq. Amma onlar böyük səhvə yol verdilər. Bu gün Füzulidə, Laçında, Zabuxda, Ağalıda, Talışda təhsil alan yüzlərlə məktəbli bu torpaqları görməyib. Çünki Azərbaycan xalqının yaddaşından bu tarixi, bu torpaqları heç kim silə bilməz. Aydın idi ki, Ermənistan vəziyyəti məhz bu şəkildə öz nəzarəti altında saxlamaq istəyirdi. Düşünürdülər ki, nə sülh, nə müharibə - davamlı danışıqlar məhz belə də sürəcək. Eyni zamanda, yeni Ermənistan hakimiyyəti ilə bağlı ümidlər də tədricən boşa çıxdı.”

Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan torpaqlarımızda yenidənqurma və bərpa işləri intensiv şəkildə davam etdirilir. Şərqi Zəngəzurla yanaşı Qarabağ iqtisadi rayonunda da əhalinin məskunlaşma prosesinə start verilib. Füzuli şəhərinə köç davam edir. İlin sonuna qədər Füzulidə 800, ümumilikdə Qarabağda isə 2000 ailənin məskunlaşması nəzərdə tutulub”.

 

Ölkə başçısının son səfəri də bir daha sübut edir ki, Zəngilanda yenidənqurma işlərinə çox ciddi diqqət ayrılıb. Forumda çıxış edən ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, “Zəngilanın Baş planına uyğun olaraq bir neçə yaşayış layihəsi icra olunmaqdadır. Zəngilanda artıq böyük bir məktəb inşa edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib.”

 

İşğaldan azad edilmiş ərazilərimizə həyatın geri qaytarılması, dayanıqlı inkişaf, şəhər və digər yaşayış məskənlərinin yenidən qurulması sahəsində görülən işlər təqdirəlayiqdir. O cümlədən, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Azərbaycanın bu sahədə topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməsi məqsədilə Milli Şəhərsalma Forumlarının təşkil edilməsi, xüsusilə də tədbirin azad edilmiş ərazilərdə keçirilməsi müstəsna əhəmiyyət kəsb edir.

 

Elvin Əlizadə,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri