“Azərbaycanın tərəqqi və zəfər yolunun banisi”

2023-10-04 Baxış: 162
img

Hər bir xalq  daim öz güclü  şəxsiyyətləri, millətini ucaldan simaları, tarixini yazan liderləri ilə  tanınır. Xalqın böyük oğlu Heydər Əliyev Azərbaycanımızın qurucusu, tərəqqi və zəfər yolunun banisidir.  Hər bir azərbaycanlının dilində şüar olan bu kəlmə dünənimizdən bu günə qazandığımız uğurların nəticəsindən doğmuşdur. Bəli, yüksəlişin zirvəsinə addım-addım ucalan doğma Azərbaycanımız məhz qazandığı uğurları, qələbələri ilə öz əsrarəngiz çağına qovuşmuşdur. Buna görə də qədim, köklü millətimiz, tarixinin möhtəşəmliyindən güc alan vətən torpağı qədəm qoyduğu möhtəşəm dövrünün müəllifinə daim minnətdardır. Çünki xalqın bu gününə, gələcəyinə işıq salan yaşadığımız bu çağ, bu dövr müasir Azərbaycanımızın qızıl əsri olaraq tarixləşməkdədir. Bu tarixin təməl müəllifi isə əlbəttə ki, Ulu Öndər Heydər Əliyevdir. Əməllərinin böyüklüyü ilə yüz illiklərə işıq saldı Ulu Öndər. Hakimiyyətə gəlişi ilə taleyüklü məsələlərin həlli və yorulmaz fəaliyyəti ilə vətənin, millətin gələcək müqəddəratını yazdı, Azərbaycanımızın uğurlara doğru qanad  çalmasına yol açdı. Vətənin dar günündə, xalqın ən ağır məqamında hakimiyyətə gəldi Ulu Öndər. Ölkəni dağılmaqdan qoruyaraq, böyük quruculuq missiyasını çiyinlərinə aldı. Azərbaycanımızı xilas edərək bu günlərə çatdlrdı Ümummilli Lider. Yaşadığımız həmin yaxın tarixdə nələr görmədik, hansı məhrumiyyətlərlə qarşılaşdıq. Ölkədə baş verən xaos, hərc-mərclik, səriştəsiz idarəçilik, hazırlıqsız yaxalandığımız və meydanda tək buraxıldığımız müharibə, yüz minlərlə öz doğma yurdundan məcburi köçkün düşmüş, soyqırıma məruz qalmış həmvətənlərimiz, cənubdan və şimaldan diş qıcıdan düşmənlərimizin separatçılıq cəhdləri, torpaqlarımızın bir daha parçalanmaq, bölünmək təhlükəsinə şahidlik etdik. Bütün bunlar əlbəttə ki, doğma yurdumuzu və xalqımızı uçuruma aparır, millətin taleyini məhfə doğru sürükləyirdi. Xalq təmamilə çaşqın qalmış, ümidini itirmək üzrə idi. Belə bir zamanda millətin mənafiyini hər şeydən üstün tutan, xaqan babalarımızın dövlətçilik ruhundan güc alan Heydər Əliyev xalqının, vətəninin gələcək taleyi uğrunda döyüş meydanına atıldı. Bütün qüvvəsini, siyasi müdrikliyini, diplomatik bacağını, milli ruh və dəyərlərimizdən bəslənın arzularının böyük ideologiyasını işə saldı, dövlətimizin qüdrətinin əsasını qurdu. Heç də asan olmadı, həm daxili, həm də xarici düşmənlərlə vuruşdu. Həm siyasi aləmdə, həm də masada əzmlə döyüşdü. Xalqını arzu və istəyinə qovuşdurmaq üçün durmadan çalışdı. Bu günün uğurlarının toxumunu Azərbaycan üçün yazdığı gələcək inkişaf planında əkdi. Cücərtilərini, budaqlanmasını cismən görməsə də, uğruna ömrünü həsr etdiyi Azərbaycanla qoşa ucaldı, xalqın Liderinə olan əbədi sevgisi ilə yaşadı. Məhz 30 il əvvəl, 3 oktyabr tarixində prezident seçkilərində xalq öz müqəddəratını müəyyən etdi, xilaskarını seçərək iradəsini ortaya qoydu. Ulu Öndər həmin seçkilərdə xalqın böyük arzusu ilə Prezident seçildi. O, andiçmə mərasimində bildirmişdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm. Bununla da Ulu Öndər fəaliyyəti və əvəzsiz xidmətləri ilə Azərbaycanın dönüş tarixini yazdı. Ölkəmizi böyük bəlalardan qorudu. Respublikanı sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardaraq vətənə, millətə sadiqlik nümayiş etdirdi. Xalqın milli dəyərlər və dövlətçilik ənənələrinə, gələcəyinin təminatına  şərəflə xidmət etdi. Bəli, xalqımız 30 il əvvəl seçimində yanılmadı. Nəinki  azərbaycanlıların, bütün türk dünyası xalqlarının gələcək müqəddəratını Heydər dühası ilə doğru və olduqca möhtəşəm müəyyən etdi. 1993-cü il 3 oktyabr tarixi ilə ölkədə bütün sahələrdəki uğurlara işıq saldı, addımlayacağımız çətin, lakin nurlu sabahlara cığır açdı. Bu tarixlə xalqın ümidləri yenidən dirçəldi, gələcəyə nikbin baxışları artdıqca əzilməyə məruz qalmış “mən”in, güvənin yaralarını sağaltmağa qoyuldu. Bərpa olunduqca, sağaldıqca  itirdiklərini əldə etmək, gələcəyinə qovuşmaq üçün can atdı.Beləcə, Azərbaycan öz dönüş yoluna qədəm qoyaraq Ulu Öndər imzası ilə  başlanğıc tarixini yazdı. Uzaqgörən Lider deyirdi: “Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.  Bu ideya uğrunda var gücü ilə çalışdı, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və gələcək inkişafı istiqamətində mühüm addımlar atdı. Ulu Öndər vətən, millət qarşısındakı öz şəfərli missiyasını, ölkənin müqəddaratını, millətin gələcəyini və bütün ideyalarını başa çatdırmağı böyük inamla hüquqi varisinə əmanət etdi. Müdrik və uzaqgörən Liderin inamı özünü doğrultdu. Xalq dərin məhəbbətlə seçdiyi Liderlər-əbədiyaşar Ulu Öndər Heydər Əliyev və müzəffər Ali Baş Komandan, xalqın Prezidenti İlham Əliyev sayəsində qüdrətləndi, inkişaf edərək, bütün müstəvilərdə davamlı olaraq yeni-yeni uğurlara imza atdı. Qürur hissi ilə deyə bilərik ki, Ölkəmiz Ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında gündən günə inkişaf edir, öz tarixi Zəfərlərini həkk edir. 44 günlük Vətən Müharibəsindən sonra, ötən ay da 24 saatlıq lokal anti-terror əməliyyatları zamanı xalqın gücü ilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev düşmənə öz layiqli yerini bir daha göstərdi. Bu gün bütün dünya Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və arzuladığı qüdrətli Azərbaycanı görür, tanıyır. Ölkəmiz səriştəli diplomatiyası bacarıqlı siyasəti və qalibiyyəti ilə, dünyanın güclü dövlətlərdən biri olmasını göstərir. Bu gün Ümummilli Lider Heydər Əliyevin sabit inkişaf kursu vədövlətçilik ideyaları altında yetişmiş Azərbaycan ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar və 30 ilə yaxın müddətdə işğalda qalmış torpaqlarını düşməndən azad etmiş müzəffər dövlətdir. Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Beynəlxalq müstəvidə böyük nüfuz və söz sahibi olan ölkələrdən birinə çevrilmişdir. Bu gün məhz Ulu Öndər Heydər Əliyev ideyalarına əsaslanan xalqın Lideri möhtərəm Prezidentimiz İlham Əliyev sayəsində qürurlu və qalib xalq olaraq tanınırıq. Bu Zəfər bütün xalqın öz Lideri ətrafında möhkəm birləşərək düşmənə  sarsıdıcı zərbəsinin tarixi tərənnümüdür. Azərbaycan bundan sonra da birlik olaraq  öz tərəqqi və yeni zəfərlərinə doğru inamla irəliləyəcəkdir. Bu gün bütün Azərbaycan fəxr edir! Qarabağ Azərbaycandır!Ulu Öndərin illər öncə dediyi kimi: “Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir.”

 

Nəzakət Quluqızı;

Neftçala rayon sakini, ictimai fəal