Neftçalada gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

2023-10-05 Baxış: 322
img
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
2023-cü il oktyabr ayının 5-də YAP Neftçala rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Neftçala rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
İlk olaraq Ulu Öndərin rayon mərkəzində yerləşən əzəmətli abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Ekskursiyadan əvvəl YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev gənclərə Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri barədə məlumatlar verib, əsası Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti və gənclər üçün yaradılan imkanlar barədə bəhs edib.
Daha sonra Heydər Əliyev Mərkəzinin bələdçisi Anarə Mustafayeva tərəfindən gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolunu və müstəsna fəaliyyətlərini, həmçinin Neftçalaya səfərini əks etdirən foto və kitab stendləri, eləcə də Heydər Əliyev və Azərbaycan mədəniyyət adlı foto sərgi haqqında ərtaflı məlumat verilib.
Sonda xatirə fotosu çəkdirilib.