Qafqazda sülh üçün vaxt yetişib.

2023-10-06 Baxış: 154
img

2 oktyabr tarixində 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilib. Konqresin açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, əlli ildən sonra Konqres yenidən Bakıda keçirilir: “1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir”. Dövlət başçısı onu da vurğuladı ki, Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir.

Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. 2023-cü il 20 sentyabr tarixində Prezident İlham Əliyevin xalqa müraciətində deyildiyi kimi, Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir. Azərbaycan bütün addımlara görə həm məsuliyyət daşıyır, həm qürur hissi keçirir. Azərbaycanın fikrincə, 2020-ci ildə Qarabağ uğrunda müharibə qalib gəldikdən sonra Azərbaycan hakimiyyəti Qarabağ problemini, o cümlədən Qarabağ ermənilərinin regionda məskunlaşması ilə bağlı bütün məsələləri özünün daxili məsələsi hesab edir. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın.

74-cü Beynəlxalq Astronavtika Konqresində açılış mərasimində çıxışı zamanı da Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd etdi ki, “gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir. Əfsuslar olsun ki, işğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Biz həmin qətnamələri insanlarımızın həyatını qurban verərək özümüz icra etdik. ATƏT kimi beynəlxalq təşkilatların da danışıqlarda vasitəçilik etmək mandatı var idi, lakin nəticə sıfır oldu və Azərbaycan cəmiyyətində tam məyusluq və narazılıq yaratdı . Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ləyaqətimizi qoruduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Sabitlik amili ölkəmizin davamlı inkişafını təmin edəcək əsas hədəfimizdir. Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz. Gənc ölkə olan Müstəqil Azərbaycanın hədəfləri daha güclü gələcək üçün çalışmaqdır deyə dövlətimizin başçısı bildirmişdir.

                                                                                  

Fuad Əliyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini