Prezident İlham Əliyevin təşəbbüsü ilə siyasi münasibətlərdə dialoq mühitinin təşviq oluması dövlət başçısının demokratik dəyərlərə sadiqliyinin təzahürüdür.

2023-10-13 Baxış: 135
img

Dövlətimizin iqtisadi inkişafı ilk növbədə erməni faşizmi üzərində qələbəmizi nümayiş etdirdi. Azərbaycan iqtisadi cəhətdən qüdrətli , dünya miqyasında nüfuzu olan dövlət olmasaydı, 44 günlük müharibəni belə tarixi zəfərlə başa vura bilməzdi. Bu zəfər hərb tarixinin salnaməsinə qızıl hərflərlə yazılmaqla iqtisadiyyatımızın sabit, xalqımızın vahid, ordumuzun qüdrətli olduğunu nümayiş etdirdi. Milli Prioritetlərdə öz əksini tapmış əsas missiya iqtisadi tərəqqinin təmin edilməsi və insanların sosial rifahının yüksəldilməsi məqsədi daşıyan güclü dövlət və yüksək rifahlı cəmiyyətinin yaradılmasıdır. Sözsüz ki, güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir.

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyindən ötən 20 il ərzində güclü, sabit və dayanıqlı iqtisadiyyat, qüdrətli ordu, xalqı ətrafında birləşdirən, qlobal beynəlxalq əməkdaşlıq həyata keçirilmişdir. Bu, İkinci Vətən Müharibəsi illərində bir daha nümayiş etdirildi və Azərbaycan bundan sonra da bütün sahələrdə lider dövlət kimi uğur qazanacaqdır.

 

Son illərdə cənab Prezident İlham Əliyevin təşəbbüsləri əsasında ölkəmizdə bütün sahələrdə olduğu kimi dayanıqlı və sağlam siyasi dialoq mühitinin formalaşdırılması istiqamətində də əsaslı islahatlar həyata keçirilmiş, qanunlar qəbul edilmişdir. Bunun da nəticəsi olaraq ötən iki il ərzində ölkəmizdə “siyasi dialoq” məfhumu aktuallaşmış, siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələr inkişaf etdirilmiş, siyasi münasibətlərdə köhnə stereotiplər dəyişdirilmiş, qərəzli mövqelərdən çıxış edən tərəflər öz səhvlərini etiraf etmək və siyasi fəaliyyətlərini yeni təmiz səhifədən başlamaq şansını əldə etmişdir. Eyni zamanda, ölkəmizdə son iki il ərzində həyata keçirilən dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasəti, siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək və müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələrin” ifşa olunması baxımında da böyük əhəmiyyət kəsb etmişdir.

Siyasi dialoqa yaradılan əlverişli şəraitə baxmayaraq bu təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçıran “qüvvələr” də tapılır. Bununla da həmin “qüvvələr” öz radikal və xain mövqelərini nümayiş etdirmiş olurlar. Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa edirlər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar. Radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadır. Müxalifətin emosional və əsassız ritorikasının təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyalarının yaradılmasından ibarətdir. Rasionallıq və konkretlikdən uzaq olan demaqogiyanın strateji hədəfi əldə olunmuş uğurlara “kölgə” salmaqdan ibarətdir.

Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrin dərinləşdirilməsinə xidmət edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə transformasiyaya uğrayıb. Bu mənada dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərinin balansına xidmət edir. Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapıb.

Dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərinin balansına xidmət edir. Ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapmışdır. Qanun cəmiyyətdə yeni çağırışların, sürətli baş verən hadisələrin, sosial-siyasi tələblərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək. 

 

Azər Məmmədov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini