Dünya ictimaiyyətinin 30 ildə edə bilmədiyini Azərbaycan cəmi 44 günə etdi.

2023-10-14 Baxış: 134
img
Azərbaycana qarşı 30 il davam etdirilmiş beynəlxalq riyakarlıq, ikili standartlar dünya birliyinin nə qədər “ədalətli” olduğunu nümayiş etdirmiş oldu. Ölkəmiz dünya ictimaiyyətinin gözü önündə onilliklər ərzində işğala məruz qaldı. Kiçik bir dövlətin elə məhz dünya birliyinin qəbul etdiyi qətnamələri heçə sayması zaman-zaman bizlərdə sual doğurdu. Buradan çıxan nəticə isə aydın idi ki, Ermənistan və onun kimi işğal siyasəti yeridən ölkələr ən yüksək dairələr tərəfindən dəstəklənir, ikili standartların həyata keçirlməsi üçün “maşa” kimi istifadə edilirlər. Uzun illər artıq keçmişdə qalmış “Qarabağ problemi”nin guya həlli ilə məşğul olan ATƏT və onun “Minsk qrupu” baş verənlərin demək olar ki episentrində oldu. Bu qurum hər şeydən öncə erməni vəhşiliklərini öz gözləri ilə gördülər. Erməni terrorunu, vandalizmini yerindəcə qeydə aldılar. İşğal altında qalmış torpaqlarımızdakı qanunsuz məskunlaşmanı belə görməzdən gələn təşkilatın bu müddətdə vasitəçilik missiyasını yerinə yetirməməsi dediklərimizin əyani sübutudur. Bəli, artıq bu qurumun fəaliyyətinə lüzum yoxdur. Çünki, Azərbaycan haqq işini özü həll etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu-xalq birliyi düşmənin başını döyüş meydanında əzdi. Onu kapitulyasiyaya imza atmağa məcbur etdi. Bu gün bütün suveren ərazilərimizdə Üç rəngli Qalib Azərbaycan bayrağı dalğalanır. Sərhədlərimizdə bütünlüklə Azərbaycan sərhədçisi dayanır. Bütün bunlar əlbəttə ki, dosta fəxarət, düşmənə isə göz dağıdır. İndi erməni təəsübünü çəkənlər, özlərini onların himayədarları kimi açıq şəkildə göstərən Fransa kimi dövlətlərin apardıqları siyasət əslində bizlərdə cənab Prezidentin təbirincə desək “gülüş” doğurur. Bu günlərdə Ölkə Prezidenti cənab İlham Əliyevin MDB-yə üzv olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı nitqində bu məsələni xüsusi vurğulaması bəzi beynalxalq dairələrə növbəti mesaj idi. Məsələnin “ədalətli” həllinə çalışan, zamanında münaqişənin həlli üçün yaradılmış qurumun həmsədr ölkələrindən biri olan Fransanın bu günki siyasəti, davranışı hərşeyi aydın göstərir. Ermənistanın işğal siaysətini dəstəkləyən, bir dövlətin həmsədr, “ədalətli” hakim kimi 30 ilə yaxın fəaliyyəti ancaq bundan ibarət ola bilərdi. Təbii ki, düşmən dəyirmanına su tökən Fransanın siyasəti münaqişəni onillərlə uzatmaq niyyətində olan Ermənistanın maraqlarına tam cavab verirdi. Lakin Azərbaycan daha 30 il gözləmək niyyətində deyildi. Budur, nəticə göz önündədir. Dünya ictimaiyyətinin 30 ildə edə bilmədiyini Azərbaycan cəmi 44 günə etdi.

 

          Valeh Tağıyev;

          Neftçala rayon ağsaqqalı