8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
2023-11-11
Baxış: 645
YAP Neftçala rayon təşkilatı tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.
Görüşdə ilk olaraq çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib, tarixi qələbəmizin əldə olunmasında göstərdikləri xidmətlərə görə dərin minnətdarlığını bildirib. Partiya sədri Möhtərəm Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edib, rayonumuzda partiya tərəfindən bu kateqoriyadan olan şəxslərlə görülən ardıcıl işləri diqqətə çatdırıb. Ülvi Fərzəliyev çıxışında həmçinin ötən dövr ərzində işğaldan azad olunan ərazilərdə görülən genişmiqyaslı bərpa quruculuq işlərinə toxunub.
Səmimi müzakirələrlə davam edən görüşdə müharibə iştirakçıları öz qayğılarını bölüşüb, görüşə və yaradılan şəraitə görə təşəkkürlərini ifadə ediblər.
Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfa arzulayırıq.
×
Digər xəbərlər
2021-11-04
2023-04-18