Neftçala rayonununda gənclərlə və Yuxarı Qaramanlı kəndininin seçiciləri ilə görüşlər keçirilib.

2024-01-19 Baxış: 119
img
Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Neftçala rayonunda gənclər, o cümlədən idmançılarla və Yuxarı Qaramanlı kəndinin seçiciləri ilə görüşlər kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, YAP Neftçala rayon təşkilatının məsləhətçisi Fərhad Baxışov, “Gündoğar” qəzetinin baş redkatoru Bədirə Niftalıyeva, Neftçala rayon C.Əhmədov adına Cəngən kənd tam orta məktəbinin tarix müəllimi Şərabanı Ağalarova və qazi Yusif Abdullayev çıxış ediblər.
Çıxışçılar qeyd ediblər ki, Azərbaycan son 20 ildə böyük inkişaf yolu qət edib. Prezident İlham Əliyevin rəhbərliyi ölkəmiz bütün sahələrdə böyük uğurlar əldə edib. Azərbaycan hal-hazırda öz inkişaf modelini dünyaya ixrac edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Xaqımız artıq 3 ildən artıqdır ki, qələbə ovqatıdandır və seçkilərə də bu ovqatla gedirlər.
Çıxış edənlər həmçinin, qarşıdakı Prezident seçkilərinin Azərbaycan tarixi üçün hər zamankından daha çox əlamətdar olduğunu qeyd ediblər. Bütün seçiciləri səsvermə günü məntəqələrə gedərək qalib xalqın qalib liderinə səs verməyə çağırıblar.
Seçicilər də öz növbəsində Prezident İlham Əliyevə səs verəcəklərini, onu dəstəkləkməkdən böyük qürur duqduqlarını bildiriblər.