Neftçala rayonununda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

2024-01-19 Baxış: 132
img
Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Neftçala rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, YAP Gənclər Birliyinin üzvü Nərmin Qocaman, təşviqat qrupunun üzvü Gülqədəm Mirzəzadə, şəhid atası Baloğlan Ağamalıyev və şəhid anası Filarə İsmayılova çıxış ediblər.
Çıxış edənlər ilk növbədə səsvermə yaşına çatmış gəncləri təbrik edib, qarşıdan gələn seçkilərin onlar üçün xüsusilə əlamətdar olduğunu qeyd ediblər. Daha sonra prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin ötən 20 il ərzində gördüyü işlərdən bəhs olunub. Qeyd olunub ki, müasir Azərbaycanın uğurları birbaşa İlham Əliyevin adı ilə bağlıdır. Bugün gənclərin hərtərfli inkişafı üçün bütün imkanlar yaradılıb. Çıxışçılar onu da bildirib ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi dövründə yetişən gənc nəsil torpaqlarımızı düşmən işğalından azad etmək kimi müqəddəs missiyanı uğurla yerinə yetirib.
Natiqlər qarşıdan gələn seçkilərin bütün Azərbaycan ərazisində keçiriləcək ilk seçki olacağını da seçicilərin diqqətinə çatdırıblar. Onlar ilk dəfə səs verəcək gəncləri öz hüquqlarından istifadə etməyə çağırıblar.
Seçicilər də öz növbəsində azad, müstəqil və bütöv Azərbaycanın vətəndaşı olmaqdan qürur duyduqlarını və bu hissləri onlara yaşadan Prezident İlham Əliyevə səs verəcəklərini bildiriblər. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.