Prezident İlham Əliyev Azərbaycanın uğurlu gələcəyinin yeganə qarantıdır!

2024-01-22 Baxış: 158
img
Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Neftçala rayonunun Xıllı qəsəbəsində, Boyat, Ballıcallı və Dördlər kəndlərində seçicilərlə bir neçə görüş keçirilib.
Görüşlərdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, təşviqat qrupunun üzvləri Fərhad Baxışov, Valeh Tağıyev, Baloğlan Ağamalıyev, Bədirə Niftalıyeva, Elnur Abdıyev və Nəcibə Abdullayeva çıxış ediblər.
Çıxış edən natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişaf xüsusiyyətlərinə diqqət çəkiblər. Bildirilib ki, hətta dünyanın inkişaf etmiş ölkələri də terror və digər təhdidlərdən əziyyət çəkdiyi halda, Azərbaycan sanki, təhlükəsizlik adasını xatırladır. Odur ki, ölkəmizin qlobal miqyasda imici günü-gündən artır, Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Prezident İlham Əliyevin diplomatik məharəti bütün dünya liderləri tərəfindən qəbul və təqdir edilir. Çıxışçılar cənab İlham Əliyevin diplomat olmaqla yanaşı, böyük sərkərdə kimi də özünü dəfələrlə təsdiq etdiyini və Azərbaycan tarixinə adının qızıl hərflərlə yazıldığını qeyd ediblər.
Bildirilib ki, Qarabağ məsələsinin həlli kimi taleyüklü və tarixi missiyanı uğurla başa çatdıran Müzəffər Ali Baş Komandan Azərbaycanın işıqlı sabahının yeganə qarantıdır. Biz cənab İlham Əliyevi dəstəkləməklə sabahımızın, gələcək nəsillərimin firəvan həyatına səs vermiş olacağıq.
Görüşlərdə iştirak edən seçicilər Prezident İlham Əliyevə alternativ görmədiklərini, bütün seçkilərdə olduğu kimi bu dəfə də ona səs verəcəklərini bildiriblər.