Mərkəzi Neftçilər Xəstəxanası ölkəmizdə səhiyyə sahəsində yeniliyə imza atıb.

2019-05-09 Baxış: 937
img

09.05.2019

Səhiyyə Nazirliyindən MAYAKİNFO-ya verilən məluamta görə, Mərkəzi Neftçilər Xəstəxanasında xəstələrə “Ağıllı xəstə qolbağı” paylanılıb. Həmin qolbağın köməyi ilə həkim planşet vasitəsilə xəstənin xəstəlik tarixçəsinə baxa bilər. Burada xəstənin bütün radioloji, laborator müayinələrinin nəticələri, diaqnozu və onu müalicə edən həkimin adı qeyd edilir. Həmçinin həkim planşetə əlavələrini qeyd edə bilər.

 

Bu texnologiya hazırda Mərkəzi Neftçilər Xəstəxanası ilə müqavilə əsasında çalışan “ESİM Yazılım” şirkətinin “OTOMATIP” Xəstəxana Məlumat Sistemi proqramı vasitəsilə həyata keçirilir.