Neftçala rayonununda təhsil sahəsidə çalışan seçicilərlə görüş keçirilib.

2024-01-22 Baxış: 118
img
Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Neftçala rayonunda təhsil sahəsəində çalışan seçicilərlə görüş keçirilib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, təşviqat qrupunun üzvləri Fərhad Baxışov, Ruhəngiz Nəcəfova, Firdovsi Tağıyev və şəhid anası Filarə İsmayılova çıxış ediblər.
Çıxış edənlər Azərbaycanın ötən 20 il ərzində bütün sahələrdə, eləcə də təhsil sahəsində titanik inkişafa nail olduğunu qeyd ediblər. Bildirilib ki, 2003-cü ildən bəri 3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub. Bununla da 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Eyni zamanda, yeni və müasir çağırışlara cavab verən ali təhsil ocaqları yaradılıb. Təhsilin və təhsilverənlərin keyfiyyətinin artırılması istiqamətində çoxsaylı islahatlar aparılıb, təhsildə qiymətləndirmə və stimmullaşdırma mexanizmlərinin tətbiqi müsbət nəticələrə səbəb olub.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması son 20 ilin möhürünü vurub. Gənc nəslin təlim-tərbiyəsində xüsusi rolu olan müəllimlərin bu prosesə töfhəsi isə danılmazdır. Çıxışçılar onu da vurğulayıb ki, indi azad olunan ərazilərimizdə həyat canlanır, həmçinin yeni təhsil müəssisələri öz dədə-baba yurduna qayıdan həmvətənlərimizin ixtiyarına verilir.
Təhsil işçiləri hər zaman Prezident İlham Əliyevi dəstəklədiklərini, bu dəfə də eyni əminliklə seçkiyə gedəcəklərini bildiriblər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.