Xalq artisti Arif Məlikov dünyasını dəyişib.

2019-05-09 Baxış: 642
img

09.05.2019

Azərbaycan Respublikasının xalq artisti Arif Məlikov 86 yaşında vəfat edib.

Bəstəkarla vida mərasimi bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında  keçiriləcək.

Vida mərasimindən sonra dəfn baş tutacaq .Bəstəkar bu gün I Fəxri Xiyabanda dəfn olunacaq. Bu barədə Mədəniyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov məlumat verib.

Qeyd edək ki, Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub.