Salyanda eyni Milliön terminalını təkrar qarət edən şəxslər saxlanılıb
14.05.2019. MAYAKINFO
Salyanda polis əməkdaşları tərəfindən ödəmə terminalına qənim kəsilən şəxslər saxlanılıb.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Salyan rayon Poliş şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarabağlı kənd sakini Məmmədov Elmir Rəcəbəli oğlu və Qırxçıraq kənd sakini Vəliyev Əflatun Xəlil oğlu şübhəli şəxs qismində saxlanılıb.
İlkin istintaq zamanı məlum olub ki, Elmir Məmmədov tanışı Əflatun Vəliyevlə qabaqcadan əlbir olaraq bu il aprelin 1-də rayonun Kərimbəyli kəndindəki mağazaların birində quraşdırılmış “MilliÖn” ödəmə terminalını sındıraraq pul kassasını oğurlamaq istəsələr də, cəhdləri baş tutmayıb.
Onların ətrafında aparılan araşdırmalar nəticəsində Elmir Məmmədovun törətdiyi daha bir cinayətin üstü açılıb. Məlum olub ki, o, bundan əvvəl, yəni fevralın 13-də həmin mağazadakı “MilliÖn” ödəmə terminalını sındırmaq yolu ilə kassanı oğurlayıb, içindəki 3894 manat pulu götürüb. E.Məmmədov izi itirmək məqsədilə kassanı yaxınlıqdakı Axmaz gölə atıb. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər. Axmaz gölə atılan kassa isə maddi sübut kimi götürülərək şöbəyə gətirilib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər