Neftçalada 2019-cu ilin birinci rübünə dair hesabat yığıncağı keçirilmişdir.

2019-05-17 Baxış: 1077
img

17.05.2019.

Neftçala rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.

 

16 may 2019-cu il tarixində Neftçala Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezidentin nitqindən irəli gələn vəzifələrlə əlaqədar Neftçala rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Əlibaba Əliyev iştirak etmişdir. 

 MAYAKİNFO xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev 2019-cu ilin üç ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etmişdir.

Öz çıxışında İsmayıl Vəliyev bildirmişdir ki, ölkədə regionların sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətləri daha da artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmiş Dövlət Proqramında Neftçala rayonunun da sosial-iqtisadi inkişafını özündə əks etdirən tədbirlər geniş əhatə olunmuş, rayonun içməli su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, təhsil, idman-sağlamlıq müəssisələrinin, mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, elektrik enerjisi və qaz təchizatının yaxşılaşdırılması , sənayenin, kənd təsərrüfatının inkişafı, avtomobil yollarını yenidən qurulması ,  abadlıq –quruculuq işlərinin davam etdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Artıq Dövlət Proqramı çərçivəsində rayonun Astanlı kəndinin qazlaşdırılması işlərinə başlanılmışdır.

2019-cu  ilin birinci rübündə cənab Prezidentin rəhbərliyi ilə aparılmış genişmiqyaslı islahatlar nəticəsində ölkəmiz uğurla, sürətlə inkişaf etmiş və Neftçala rayonu da bu davamlı inkişaf prosesinə öz töhfələrini vermişdir.

 Hesabat dövründə  rayon ərazisində təmir, tikinti və abadlıq  işlərinin  görülməsi  diqqət  mərkəzində  saxlanılmış, həyata keçirilən  işlərin  keyfiyyətinə  xüsusi  önəm  verilmişdir.

2019-cu ilin birinci rübündə  rayon ərazisində  tikinti  işlərində  əsas  kapitala  yönəldilmiş investisiyanın ümumi həcmi   2 milyon 305 min manat təşkil  etmiş, tikinti  quraşdırma  işlərinin  həcmi  2 milyon  147 min  manat  yerinə  yetirilmişdir.

Rayon ərazisində Neftçala şəhəri Mehman Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın 2-ci tədris korpusunun yenidən layihələndirilməsi, şəhərin Mirzə Ələkbər Sabir küçəsində Neftçala Olimpiya Kompleksinin tikintisi, Neftçala Rayon Uşaq İncəsənət məktəbinin əsaslı təmiri davam etdirilir. “Axmaz Göl”ün ətrafında 2500 ədəd müxtəlif növ ağac və gül kolları əkilmiş, şəhər ərazisində  14 hektar yaşıllıq sahəsinə qulluq göstərilmişdir.

Salyan-Neftcala ölçü qovşağından çıxan daşıyıcı qaz kəmərinin kiçik diametrli və stabil təzyiqin saxlanmasına mane olması, qaz kəmərinin ötürücülük gücünün pik vaxtlarında aşağı düşməsi, istehlakçıların tələbatının tam ödənilməsində yaranmış problemin aradan qaldırılması  məqsədilə, rayonun Aşağı Surra kəndində bir başa magistral qaz kəmərlərinə qoşulmuş yüksək təzyiqli qaz paylayıcı stansiyasının tikintisi başa çatdırılmış və  istifadəyə verilmişdir. 

Daha sonra yığıncağda məruzə ətrafında çıxışlar olmuş, cənab Prezident İlham Əliyevin Neftçala rayonuna  davamlı diqqəti və qayğısı sayəsində genişmiqyaslı quruculuq–abadlıq işlərinin icra edildiyini diqqətə çatdırılmış, bu ilin üç ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurları qeyd edilmişdir.