ABŞ-la münasibətlərin tarixində müəyyən enişli-yoxuşlu dövrlər olub.

2024-07-26 Baxış: 180
img
Müasir dövrdə elmi texnoloji inkişafın nəticəsində informasiyanın sürətli yayılması, ən qısa vaxtda əldə edilməsi daha da asanlaşıb. Bu prosses həm də mövcud reallıqları yalnış istiqamətə yönləndirməyə kömək edir. Ermənistan diasporası uzun illər bu imkanlardan faydalanaraq Azərbaycan-Ermənistan reallıqlarını öz istədikləri kimi təqdim etməyə çalışmışlar. Yalan məlumatlar, dezinformasiya xarakteri alaraq ölkəmizin reallıqlarını beynəlxalq arenaya yalnış şəkildə təqdim edirdi. Biz uzun müddətli mübarizə nəticəsində Ermənistanın dövlət səviyyəsini apardığı bu ikiüzlü siyasətin qarşısını ala bildik. Halhazırda Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Regionun xalqları özlərini təhlükəsiz hiss edir. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı ümidlərimiz nikbindir. Azərbaycan cəmiyyəti bu istiqamətdə aparılan tədbirlərdə fəallıqla iştirak edir. Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq. Onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi. Azərbaycan haqqında yanlış narrativlər yayaraq Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Azərbaycan torpaqlarının işğal prossesi 30 il davam edib. Ancaq bu illər ərzində bizi dünyada təcavüzkar kimi təqdim edirdilər. Medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. Buna nümunə olaraq deyə bilərik ki, ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar həyata keçirildi. Konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır.
Biz artıq medianın siyasi motivlərə dayanaraq mövqe nümayiş etdirməsini dünyanın ən inkişaf etmiş dövlətlərində baş verən siyasi hadisələrdə də açıq-aşkar müşahidə edirik. Beləki prezident Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların, ictimai rəyin manipulyasiyasının qurbanıdır. Bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olur. Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı. Bu dünyanın beynəlxalq sülh istiqamətindəki vacib dəyərlərindən biridir. 
ABŞ-la münasibətlərimiz prezident Trampın prezidentliyi dövründə çox səmərəli əməkdaşlıq istiqamətində inkişaf edib. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur.  Azərbaycan-ABŞ münasibətlərin tarixində müəyyən enişli-yoxuşlu dövrlər olub. Çünki bəzən Azərbaycanla bağlı müəyyən şişirdilmiş gözləntilər olub. Digər tərəfdən, onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışıblar, siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər. Bu cəhdlər birbaşa və ya müəyyən QHT-lər vasitəsilə olub. Qafqazda ayırıcı xətlərin çəkilməsi olduqca təəccüblüdür. Hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq.

Aytəkin Mahmudova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri