Azərbaycan taekvondoçusu ikinci dəfə dünya çempionu olub.

2019-05-20 Baxış: 615
img

20.05.2019

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani növbəti dəfə dünya çempionu titulunu qazanıb. 

MAYAKİNFO-nın məlumatına görə, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Mançesterdə keçirilən mundialda bütün rəqiblərini məğlub edib. 

Bir gün öncə dayanq üzərinə çıxan Milad Beiqi Harçeqani finaladək ardıcıl olaraq, kubalı Xose Komasa (17:4), fransalı İsmael Bouzid Souhiliyə (19:4), moldovalı Aaron Kuka (40:26) və cənubi koreyalı Vu Hyeok Parka (37:20) qalib gəlib.

O, bu gün baş tutan finalda Apostolos Telikostooğlu (Yunanıstan) ilə döyüşüb. Olimpiya mükafatçımız rəqibinə şans verməyərək, ardıcıl ikinci dəfə dünya çempionatı qızıl medalla bitirib. Taekvondoçumuz rəqibinə 22:12 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, daha öncə Fəridə Əzizova (67 kq) yığmamıza bürünc medal qazandırıb. Mundiala isə bu gün yekun vurulacaq.