Antiterror tədbirləri zamanı bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər.
2024-09-18
Baxış: 178
Sentyabrın 19-da Qarabağ iqtisadi zonasında keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur edən qüdrətli Azəbaycan Ordusu növbəti qələbəsini qazandı. Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğur əldə edildi, strateji hədəflərə tam nail olundu. Cəmi bir günə əldə edilən Qələbə separatçı və terrorçu rejimin sonunu gətirmiş oldu. Bu tarixi zəfərimizlə sübut etdik ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq. Bu münasibətlə Azərbaycan xalqına tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev antiterror tədbirləri, onun zəruriliyi, səbəbləri və nəticələri barədə fikirlərini açıqlamış, bu xüsusda baş verən hadisələri müxtəlif aspektlərdən təhlil edərək yeni şəraitdə qarşıda duran taleyüklü məsələləri diqqətə çatdırmışdır. Prezident cənab İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində antiterror tədbirləri nəticəsində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini bildirib: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”. Silahlı Qüvvələrimiz yaşayış məntəqələrinə daxil olmadı. Yalnız kommunikasiyalar və yüksəkliklər nəzarətə götürüldü. Yalnız hərbi hədəflər vuruldu. Həmçinin lokal antiterror tədbirləri zamanı mülki obyektlər, mülki əhali hədəf olmadı. Cənab İlham Əliyev bildirib ki, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər: “Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.
Asif Bayramov,
YAP Neftçala rayon təşkilatı
Bankə qəsəbə ərazi partiya təşkilatının sədri
Digər xəbərlər
2021-11-04
2023-04-18