Ulu Öndər Heydər Əliyevin ökənin beynəlxalq nüfuzunu artıran xarici siyasətin prioritetləri.
Ümumiyyətlə, hər
tarixi dövrün öz görkəmli şəxsiyyətləri olur. Şəxsiyyətləri zaman yetişdirir.
Amma bəzən əksinə də olur. Dahi insanlar zamanın fövqünə yüksələrək, öz dövrlərini
yaradırlar. Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün belə bir şəxsiyyətdir:
XX əsrin ikinci yarısının xeyli hissəsini əhatə edən dövr Onun adı ilə
bağlıdır.1969-cu ildən başlayaraq, 30 ildən çox müddət ərzində O, yalnız bir dəfə
respublikanın rəhbəri kimi hakimiyyətdən kənarda olmuşdur. 1982-ci ildə Heydər
Əliyev daha yüksək vəzifəyə - İttifaq hökuməti sədrinin birinci müavini vəzifəsinə
təyin edilmiş, hakim partiyanın ali orqanı olan Siyasi Büronun üzvü
seçilmişdir. Amma sonralar Heydər Əliyev 1987-ci ildə ölkənin ovaxtkı rəhbəri
Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən
istefa vermişdir.Lakin Heydər Əliyevin Azərbaycanda olub-olmamasından, yüksək vəzifədə
çalışıb-çalışmamasından asılı olmayaraq, respublikanın bütün şəhərlərindən
ucqar kəndlərinə kimi ağlı kəsən hər bir insan ölkənin böhranlı dövrlərində
Onun zəkasına, iradəsinə və məharətinə inanıb güvənmiş, Heydər Əliyevin
simasında Vətənini və həmvətənlərini sevən, lazım gəldikdə onların köməyinə gəlməyə
və onlara arxa durmağa həmişə hazır olan müdrik bir ağsaqqal görmüşdür.1991-ci
ildə Azərbaycan müstəqilliyini elan etsə də, ölkə daxilində anarxiya hökm
sürürdü. Belə vəziyyət 1993-cü ilin ortalarında Azərbaycan dövlətçiliyini məhv
olmaq təhlükəsi ilə üz-üzə qoydu. Azərbaycan xalqı bu təhlükələrdən yeganə
xilas yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü.
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq ölkə
Parlamentinin Sədri seçildi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən
prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin
etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti
seçildi. Bundan sonra Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri
sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət
yaxşılaşdırıldı.1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən
sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının
bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar
atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq
yarandı, sabitlik bərqərar oldu, bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə
geniş meydan verildi, genişmiqyaslı islahatlara başlandı. 1994-cü il sentyabrın
20-də isə Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri
imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin gələcək
inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya
birliyindəki mövqeyini möhkəmləndirdi.Hesab edirəm ki, 1993-cü il oktyabrın 3-də
Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
müasir tariximizin ən mühüm hadisələrindən biridir.Ulu Öndər Heydər Əliyevin
siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan
xilas oldu. Heydər Əliyevin dühası, çox böyük nüfuzu və insanları öz arxasınca
aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan
qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkənin
parçalanmaq təzahürləri dəf edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu
yaradıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı.
Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb
olunmasına son qoyuldu. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi.
İdarəetmə sistemi yaradıldı, insanların öz qüvvələrinə inamı geri qaytarıldı.
1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş
dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Müstəqil
dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Ölkədə dövlətçilik, azərbaycançılıq
ideologiyası formalaşdı. Bir sözlə, Azərbaycan inkişaf yoluna çıxdı.Məmnunluqla
qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və hər zaman
yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə
üzərindədir, Onun müəyyənləşdirdiyi inkişaf siyasəti Azərbaycan xalqının daim
firavanlığına, əmin-amanlığına, sabitliyinə, rifahına xidmət edir və edəcək.
Valeh
Tağıyev,
YAP Neftçala
rayon təşkilatının Veteran üzvü
Digər xəbərlər