“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir

2024-10-04 Baxış: 149
img

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də mənfur düşmənlərimiz tərəfindən işğal edilmişdir. Erməni vandalizminə məruz qalmış rayonda 362 nəfər şəhid olmuş, 191 nəfər əlil, 6 nəfər rayon sakini isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.Azərbaycan Ordusunun sentyabrın 27-də başlatdığı uğurlu əks-hücum əməliyyatları nəticəsində ilk öncə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri daha sonra 3 oktyabr tarixində isə Mehdili, Çaxırlı, AşağıMaralyan, Şəybəy, Quycaq kəndləri düşmən işğalından azad edildi. Oktyabrın 4-də Cəbrayıl şəhəri də erməni işğalından azad edildi. Həmin gün Cəbrayıl şəhəri ilə yanaşı Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəjəl, Mahmudlu, Cəfərabad kəndləridə işğaldan azad edildi.Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.Cəbrayıl şəhərinin işğaldan azad edilməsini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan etmişdir. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olub. Cəbrayıl işğaldan azad olunduqdan sonra rayonda çoxsaylı bərpa və quruculuq işləri görülmüşdür. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün çox önəmli hadisədir. 200 hektar ərazini əhatə edən Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir.“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yaradılacaq regional servis mərkəzinin ümumi ərazisi 1,5 hektar olacaq. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək.Artıq bütün Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri görülür, nəhəng layihələr həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir.

 

Günel Əliyeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü