Cəbrayıla 4-6 zolaqlı yol çəkilir.
2024-10-04
Baxış: 179
27 il davam edən Cəbrayıl işğalına son qoyulmasından artıq dörd il ötür.
Cəbrayılın azad olunması üçün Ordumuzun hazırlığı hələ 2016-cı ilin Aprel Müharibəsi ilə başlanmışdı: "Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi, Füzuli-Cəbrayıl maqistralına nəzarət etmək imkanı yaratdı ki, bu da ordumuzun gələcəkdə bu istiqamətdə rahat irəliləməsində həlledici rol oynadı. Nəticədə elə Vətən müharibəsinin ilk günündə, yəni 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi. Cəbrayılın işğaldan azad olunması həm də Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratdı. Onu da qeyd edim ki, Cəbrayıl şəhərinin düşməndən azad edilməsi Ermənistan ordusunun müqavimət potensialını zəiflətməklə bərabər onun əks hücum planlarını da iflasa uğratdı. Cəbrayılın Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılması, Ordumuzun daha geniş coğrafiyada manevr etməsi üçün vacib olan maqistral yolun açılmasına və sonrakı günlərdə hücum tempini artırmasına əlverişli şərait yaratdı. 2020-ci il noyabrın 16-da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunmuş Cəbrayıl rayonuna gəldilər:"Cənab Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Bu rayonun ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltması isə böyük tarixi və siyasi əhəmiyyətli hadisələrdən biri idi. Çünki xalqımızın tarixində və qan yaddaşında dərin iz buraxan Xudafərin körpüsü həm milli sərvətimiz, həm də qürur mənbəyimizdir".İşğaldan azad edilmiş Cəbrayılda bərpa-quruculuq işləri davam edir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar müəyyən olunub. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Artıq demək olar ki, Cəbrayıl rayonunun elektrik təchizatı ilə bağlı bütün işləri görülüb.Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi.Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinə başladı və xalqın birliyindən güc alan qəhrəman ordumuz 44 gün ərzində işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etmişdir.Artıq 4 oktyabrı Cəbrayıl şəhəri günü kimi qeyd edirik. Cəbrayılın işğalından, azadlığından, bugünkü inkişafından, yaxın gələcəkdə isə əhalisinə qovuşmasından söhbət açırıq.
Esmira Əliyeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər
2021-11-04
2023-04-18