Azərbaycan - Macarıstan əlaqələri uğurla inkişaf edir

Biz
dost ölkələrik, strateji tərəfdaşıq.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri
zamanı verdiyi bəyanat bir daha sübut etdi ki, ölkəmizin dost və tərəfdaş dairəsi
genişlənməkdə davam edir. Budapeştdə keçirilən yüksək səviyyəli görüşlər zamanı
səsləndirilən fikirlər, xüsusilə də enerji, sənaye, nəqliyyat və humanitar sahələrdə
əməkdaşlığın dərinləşməsi ilə bağlı razılaşmalar, Azərbaycanla Macarıstan
arasında strateji tərəfdaşlığın real məzmun kəsb etdiyini göstərir.
Prezident
İlham Əliyevin mətbuat qarşısında vurğuladığı əsas məqamlardan biri də budur:
Azərbaycan heç vaxt dostlarını çətin vəziyyətdə qoymur və verdiyi sözə daim
sadiqdir. Bu, təkcə enerji sahəsində deyil, həm də bütün münasibətlərdə
etibarlılığın, sabitliyin və qarşılıqlı hörmətin təcəssümüdür.
Macarıstanın
Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi qətiyyətli dəstək, Qarabağ və Şərqi Zəngəzurda
həyata keçirilən bərpa-quruculuq işlərinə maraq göstərməsi, ortaq dəyərlər və
maraqlar üzərində qurulmuş əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyinə
işarədir.
Bu
səfər təkcə iki ölkə liderlərinin görüşü deyil, həm də Avropa ilə Azərbaycan
arasında körpü rolunu oynayan güclü bir siyasi mesaj idi. Bir daha şahid olduq
ki, dünyada dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycan etibarlı tərəfdaş
olaraq çıxış edir və milli maraqlarını diplomatik məharətlə müdafiə edir.
Bu
səfər, bu çıxış – həm diplomatik uğur, həm də milli qürur mənbəyidir.
İsmayıl
Salmanov,
YAP
Hacıqabul rayon təşkilatının məsləhətçisi.
Digər xəbərlər



