Azərbaycanla Macarıstan dost və strateji tərəfdaş ölkələrdir

Macarıstan
Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və
Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu
yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan
enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə
ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin “Cənub
Qaz Dəhlizi” layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha
çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan
və Macarıstan arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə artan və inkişaf
edən bir sahə olaraq diqqət çəkir. Hər iki ölkə, xüsusilə enerji, kənd təsərrüfatı,
nəqliyyat və xidmət sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edir. Azərbaycan
təbii resursları, müasir nəqliyyat infrastrukturu və strateji coğrafi mövqeyi
ilə Macarıstanın iqtisadi maraqlarına uyğun olan müxtəlif sahələrdə təkliflər
irəli sürür. İki ölkə arasındakı iqtisadi əlaqələr, strateji tərəfdaşlıq,
dostluq qarşılıqlı hörmətə əsaslanır və hər il daha da möhkəmlənir. Azərbaycanlı
investorlar Macarıstanda kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə böyük sərmayələr
qoyurlar və bu da iqtisadi tərəfdaşlığı daha da gücləndirir.
Macarıstan
davamlı olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib.
Macarıstan şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və
quruculuq işlərində iştirak etməkdə maraqlıdır. “KÉSZ” şirkətlər qrupu Cəbrayıl
rayonunun Soltanlı kəndinin yenidən qurulmasını həyata keçirir. Macarıstan
hökumətinin vəsaiti hesabına Soltanlı kəndində məktəbəqədər və ümumi təhsil müəssisələri
üçün binalar inşa ediləcək.
Rəşad
İsmayılov,
YAP
Hacıqabul rayon təşkilatının mühasibi.
Digər xəbərlər



