Azərbaycan ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir

Son
zamanlar Azərbaycan dövlətinin xarici siyasətdə tutduğu mövqe Azərbaycanın
hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər.
2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev
ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni
dövrün tələblərinə uyğun davam etdirərək, Azərbaycanın beynəlxalq arenada
nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarını maksimum səviyyədə qorumasına
nail olmuşdur. Buna bariz nümünə olaraq bütün ölkələr və beynəlxalq təşkilatlarla
bərabərhüquqlu, qarşılıqlı səmərəyə əsaslanan, sülh və sabitliyə zəmin yaradan
xarici siyasətimizin olmasını qeyd edə bilərik.
Cənab
İlham Əliyev Ulu Öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, Azərbaycanın
inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə,
dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf
etdirir, ölkəmizi aydın sabahlara aparır. Bu günlərdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana uğurlu səfəri baş tutdu.
Səfər çərçivəsində keçirilən tədbirlərdə dövlətimizin başçısının və dost ölkənin
Prezidenti xanım Katalin Novakın, Baş naziri Viktor Orbanın ifadə etdikləri
fikirlərdən açıq- aydın görünür ki, hər iki tərəf öz aralarındakı dostluq
münasibətlərinin, yüksək siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi sahədə əməkdaşlığın
möhkəmləşməsində də maraqlıdırlar. Ölkəmizin başçısı mətbuata bəyanatında
vaxtilə tarixə qovuşmuş sayılan “NABUKKO” layihəsinin yenidən canlandırıldığını
da diqqətə çatdırdi. Cənab Prezident, interkonnektorlar vasitəsilə Azərbaycan
qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və
Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacağını söylədi. Həmiçinin
Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan
qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcəyini bildirdi.
Dövlət
başçısı İlham Əliyevin baş tutan işgüzar səfərləri Azərbaycanın qonşu ölkələrlə
münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını göstərir. Bunu da
dövlətimizin beynəlxalq siyasətinin daha bir uğuru hesab etmək olar. Azərbaycan
Prezidenti İlham Əliyev Avropada enerji təhlükəsizliyinin və iqtisadi
sabitliyinin təmin olunmasında oynadığı rol qitə ölkələrinin diqqətindədir. Ona
görə Azərbaycan Prezidentin Avropa İttifaqına daxil olan ölkələrə səfəri zamanı
onun şəxsiyyətinin, siyasətinin yüksək qiymətləndirilməsinin dəfələrlə şahidi
olmuşuq. Elə bu səfər zamanı da Macarıstan Baş naziri Viktor Orbanın Prezident
İlham Əliyev haqqında “Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son
on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb
mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun
bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o
daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada
mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm” deyə vurğulayıb.
Azərbaycan
İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə
üzləşib. İşğaldan azad olunmuş ərazilərdə bir milyondan çox mina təmizlənməlidir.
Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı mina
terrorunun qurbanı olub. Prezident İlham Əliyev bildirib ki, bu sahədə
Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar
görürük.
Budapeştdə
imzalanmış Azərbaycan-Macarıstan sənədləri iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı
genişləndirmək, təcrübə mübadiləsi aparmaq, investisiya qoyuluşunu artırmaq,
podrat layihələrində iştirak etmək imkanlarını kifayət qədər genişləndirir. Beləliklə
təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələrini vurğulamaq
vacibdir. Belə ki, Azərbaycanın 200 gənci tələbə təqaüdləri ilə Macarıstanda
oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli
bir hadisədir.
Bütün
bunlar göstərir ki, Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət
strategiyasını özünün iqtisadi gücü, qüdrəti və resursları, dünya siyasətindəki
yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Dövlətçiliyin, müstəqilliyin,
ərazi bütövlüyünün və suverenliyinin, milli təhlükəsizliyin qorunması, beynəlxalq
aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji
maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin
olunması həyata keçirilən xarici siyasətdə yenə də üstünlük təşkil etmişdir.
Dövran
Həsənov,
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri.
Digər xəbərlər



