Budapeşt Bəyannaməsi TDT-nin beynəlxalq nüfuzunun yüksəlməsi üçün böyük əhəmiyyətə malikdir

2025-ci ilin mayın 20-si və 21-də Macarıstanın
paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının
«Şərq və Qərbin görüş nöqtəsi» adlanan qeyri-rəsmi Zirvə toplantısı keçirilib.
Zirvə görüşü dövlət başçılarına prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək,
regional və qlobal miqyasda ümumi məsələləri həll etmək üçün mühüm imkan
yaradacaq. Eyni zamanda, burada təşkilatın ümumi strategiyasını və dünyaya
baxışını ifadə edən Budapeşt Bəyannaməsi qəbul edilib.
Hazırda
dünyada baş verən münaqişələr və ziddiyyətlər fonunda bu qəbildən olan tədbirlərin
keçirilməsi Türk birliyi üçün olduqca böyük əhəmiyyətə malikdir. Macarıstan
TDT-də müşahidəçi dövlət kimi çıxış edərək Türk dünyası ilə Avropa arasında
körpü və rolunu oynayır. Ölkənin baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə
səfərə gələn Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının dövlət
başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı bildirib ki, Macarıstan
Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Bu gün Azərbaycan ilə Macarıstan
arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, səfər Azərbaycan
Prezidentinin Macarıstana 6-cı səfəridir. Viktor Orban isə Azərbaycana 7 dəfə səfər
edib. Prezident İlham Əliyev bu bərədə deyib: «Macarıstan müstəqil siyasət
aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır».
Xüsusi
vurğulamaq lazımdır ki, Macarıstan hökumətinin Türk Dövlətləri Təşkilatında
oynadığı rol, bu ölkənin Türk dünyasına inteqrasiyası cənab Baş nazir Viktor
Orbanın qətiyyəti və müstəqil siyasət yürütmək əzmi nəticəsində mümkün
olmuşdur. Eyni zəmanda, xüsusi vurğulanmalıdır ki, bəzi Avropa ölkə
başçılarının narazılıqlarıba baxmayaraq Viktor Orban TDT-nin ötən ilin iyul
ayında Şuşada keçirilən qeyri-rəsmi sammitində də iştirak etmişdir.
Zirvə
görüşündə bildirilib ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20
milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Cari ildə isə Türk İnvestisiya
Fondunun rəsmi olaraq fəaliyyətə başlaması planlaşdırılır. Hazırda Azərbaycanın
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı güclənir. Son illər ərzində
Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə,
dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr
qoyulub. Bu isə ona gətirib çıxarıb ki, ölkəmiz Avrasiyanın nəqliyyat-logistika
mərkəzlərindən birinə çevrilib.
Zirvə
görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev deyib: « Biz Orta Dəhlizin rəqəmsallaşdırılmasına
böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının
və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın
yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox
ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri
göstərir»
Hazırda
Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Bununla da, Azərbaycan
Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Yaxın 10 il ərzində Ələt
Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25
milyon tona çatacaq. Həmçinin ölkəmizdə 8 beynəlxalq hava limanı fəaliyyət göstərir.
Sayca 9-cu hava limanı yaxın zamanlarda işğaldan azad edilmiş Laçında
istifadəyə veriləcək. Beləliklə 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın
erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin, 1,5 milyon ton yük qəbuletmə
imkanı olan karqo terminalı inşa edilir.
Prezident
İlham Əliyev tədbirdə bildirib ki, ötən il Azərbaycanda COP29 kimi mötəbər
beynəlxalq keçirilib. Vurğulayb ki, bu möhtəşəm tədbir 200 ölkənin yekdil
qərarı ilə Azərbaycanda reallaşdı. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına
baxmayaraq, COP29-u yüksək səviyyədə təşkilinə nail olunub. Tədbirdə 197 ölkəni
təmsil edən 77 min iştirakçı, 70 dövlət və hökumət başçısı iştirak edib.
Bununla da Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul
edildi. Xüsusilə inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100
milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni
maliyyə hədəfi barədə razılaşma oldu. Bundan başqa, 10 il ərzində razılıq əldə
edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa
nail olundu. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları
tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq
sazişi imzalanıb. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara
dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır..
Beləliklə,
Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə
toplantısı Türk dünyasının siyasi-iqtisadi və digər sahələrdəki əlaqələrinin
daha da genişlənməsinə yardımçı olacaqdır.
İsmayıl
İbrahimov,
Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



