Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb

Mayın
21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının
(TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb. Bəyannamədə
TDT-nin müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsini təşviq
etməyə, mümkün olduqda bir-birinin namizədliklərini, qətnamələrini, bəyanatlarını
və beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara əsaslanan digər təşəbbüsləri
daha güclü qarşılıqlı əlaqələndirməyə və dəstəkləməyə çağırış ifadə olunur.
Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən
Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini,
Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən
regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu
vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan
tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz
sadiqliyini bir daha təsdiqləyiblər.
Şanlı
Zəfərimizdən sonra regionda yaranmış yeni siyasi reallıq və formalaşan yeni
status-kvonun üstünlüklərinə yönəlmiş əməkdaşlıq – iqtisadi sahədə, nəqliyyat və
logistika sektorunda – türk dünyası və türk dövlətləri arasındakı münasibətlərə
də müsbət təsir göstərmişdir. Türk dövlətləri və müşahidəçi ölkələr arasında
münasibətlərin inkişafı üçün yeni imkanlar yaranmışdır. Azərbaycanın malik
olduğu coğrafi mövqeyə nəzər saldıqda görürük ki, türk dünyasının iqtisadi və hərbi
baxımdan əsas gücü olan Türkiyə ilə Mərkəzi Asiyada yerləşən tərəfdaşlarımız
arasında əlaqələrin qurulmasında Azərbaycan körpü rolunu oynayır. İstər Türkiyənin
şərqindən Gürcüstan üzərindən Xəzər dənizi vasitəsilə Orta Asiyaya uzanan yol,
istərsə də Türkiyənin cənub-şərqindən keçərək Orta Asiyaya yönələn koridor – hər
biri məhz Azərbaycanın ərazisindən keçir.
Deməli,
istənilən istiqamətdə baxdıqda, Türkiyə ilə türk dövlətləri arasında münasibətlərin
inkişafında Azərbaycanın geosiyasi mövqeyi, siyasi və iqtisadi potensialı mühüm
yer tutur və bu, digər türk dövlətləri və onların siyasi liderləri tərəfindən
yüksək qiymətləndirilir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev də xarici siyasət kursunda türk
dünyası ilə əlaqələrin inkişafını və dərinləşdirilməsini prioritet məsələ kimi
elan etmişdir. 2023-cü ildə keçirilmiş andiçmə mərasimində cənab Prezident Azərbaycanın
“türk ailəsinin üzvü” olduğunu xüsusi vurğulamış və bundan sonra həyata keçirilən
xarici siyasət bu istiqamətdə intensivləşmişdir. Məsələn, Türk Dövlətləri Təşkilatının
qeyri-rəsmi sammitinin keçirilməsi ideyası məhz Azərbaycan Prezidentinə məxsusdur
və bu tədbirdə Qarabağ Bəyanatı imzalanmışdır. Daha sonra bu təşəbbüs
Macarıstana keçmişdir. Bu da olduqca simvolik hadisədir: Avropa İttifaqı və
NATO üzvü olan Macarıstanın Vesprem şəhəri Azərbaycanın Şuşa şəhəri ilə
qardaşlaşmışdır və Budapeştdə keçirilən son sammit “Şərq və Qərbin Görüş Nöqtəsi”
devizi altında təşkil olunmuşdur. Bu ifadə dərin simvolik məna
daşıyır".Hazırda Türk Dövlətləri Təşkilatında iki müşahidəçi dövlət –
Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti mövcuddur. Qeyd etmək istərdim ki,
Şimali Kipr Türk Cümhuriyyəti təşkilatda öz tam adı ilə – Türk Dövlətləri Təşkilatı
çərçivəsində – təmsil olunur. Bu da təşkilatın yeni üzvlərə dəstək göstərməyə
hazır olduğunun göstəricisidir".
Dövran
Həsənov,
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri.
Digər xəbərlər



