Azərbaycanın xarici siyasətində Türkdilli dövlətlərlə münasibətlərin inkişafı mühüm yer tutur.

21
may 2025-ci ildə Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının
qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev
iştirak etdi.
Səfər
çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı
fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil
edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən,
beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən
başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək
münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.
Tədbirdə
çıxış edən Prezident cənab İlham Əliyev bildirdi ki, "Türk dövlətləri ilə
nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat
infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma
zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq
dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən
birinə çevrilmişdir. Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən
tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir.
Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr
qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma
qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona
çatdırılmışdır. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk.
Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin
sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi
üzərində işlər davam etdirilir."
Bir
sözlə, Azərbaycanın Türkdilli, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə
daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də
bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.
Bəxtiyar
Ələkbərov,
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat (ƏPT) sədri.
Digər xəbərlər



