Beynəlxalq olimpiada qalibləri yalnız 5 il ərzində ali məktəbə imtahansız qəbul oluna bilərlər

2019-05-23 Baxış: 1027
img

23.05.2019

"Beynəlxalq olimpiadaların qalibləri yalnız 5 il ərzində ali məktəblərə imtahansız qəbul oluna bilərlər".

ONA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, beynəlxalq olimpiadalarda qızıl, gümüş və bürünc medal alan şəxslər Azərbaycanda istənilən ali təhsil müəssisəsində, istənilən ixtisasda ödənişsiz əsaslarla təhsil ala biləcəklər: "Yeni qaydalar yalnız bizim müəyyən etdiyimiz 11 beynəlxalq olimpiadanın qaliblərinə şamil edilir. Ölkə daxilində isə 8 fənn üzrə olimpiadalar keçirilir. Olimpiada qalibi olanlar yalnız müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil ala bilərlər. Əgər abituriyent Azərbaycan dili üzrə olimpiadada qalib oubsa, o, hüquq sahəsinə imtahansız qəbul oluna bilməyəcək".

Emin Əmrullayevin fikrincə, beynəlxalq yaradıcılıq müsabiqələrinin qalibləri də müvafiq ixtisaslar üzrə təhsil ala biləcəklər: "Bu qaydalar ölkədə təhsildə yeni inkişafa səbəb olacaq və şagirdlərin beynəlxalq olimpiadalarda iştirakını stimullaşdıracaq".