28 May – Müstəqillik Gününün tarixi əhəmiyyəti və Milli Dövlətçiliyimizin təməl daşları

Milli
dövlətçilik ənənələrinin yeni səhifəsi.
28
May – Azərbaycanın Müstəqillik Günü, tariximizin şanlı səhifələrindən biridir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız öz milli
dövlətçilik arzularına çatdı. Bu, Şərqdə ilk demokratik və hüquqi dövlətin
yaranması idi və Azərbaycanın müstəqillik tarixində yeni bir səhifə açıldı.
Cümhuriyyət
dövründə Azərbaycanın beynəlxalq arenada tanınması istiqamətində mühüm addımlar
atıldı. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində dünyanın aparıcı dövlətləri
ilə diplomatik əlaqələr yaratdı və öz dövlət atributlarını – bayraq, gerb və
himni təsis etdi.
“Müstəqilliyi
qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” –
Ulu Öndər Heydər Əliyev. Ulu Öndərin bu fikri, müstəqilliyin nə qədər dəyərli və
eyni zamanda həssas olduğunu göstərir. 1918-ci ildə əldə olunan müstəqillik
yalnız 23 ay yaşasa da, Azərbaycan xalqının yaddaşında və milli şüurunda dərin
iz buraxdı. 1991-ci ildə SSRİ-nin süqutu ilə Azərbaycan yenidən öz müstəqilliyini
bərpa etdi. Bu, tariximizin yeni inkişaf mərhələsinin başlanğıcı oldu. İkinci dəfə
əldə olunan müstəqillik, bu dəfə möhkəm əsaslara söykənərək qorundu və inkişaf
etdirildi.
Ulu
Öndər Heydər Əliyev: “Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə
nail ola bildi…” Ümummilli Lider Heydər Əliyevin bu sözləri Xalq Cümhuriyyətinin
tarixi roluna verilən yüksək qiymətin göstəricisidir. Cümhuriyyətin yaratdığı
dövlət təsisatları, milli özünüdərk və müstəqillik ideyası 1991-ci il müstəqilliyinin
əsas dayaqlarını təşkil etdi.
Ulu
Öndər Heydər Əliyev: “28 May günü Azərbaycan xalqı üçün əziz gündür…” Bu əlamətdar
tarix xalqımızın müstəqil dövlət qurmaq əzmini və milli birliyini təcəssüm
etdirir. 28 May – xalqın istiqlal ruhunun rəmzi, azadlıq ideyasının təntənəsidir.
Azərbaycan
Xalq Cümhuriyyəti İli
Azərbaycan
Respublikasında 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi,
dövlətimizin öz tarixini, dövlətçilik ənənələrini yüksək qiymətləndirməsinin və
bu dəyərləri gələcək nəsillərə çatdırmaq niyyətinin bariz nümunəsidir.
Prezident
İlham Əliyev: “İyirmi üç aydan sonra respublika süqut etdi…” Prezident İlham
Əliyevin bu sözləri, müstəqilliyin nə qədər çətin və məsuliyyətli bir yol
olduğunu vurğulayır. 1990-cı illərin əvvəllərində Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan
Xalq Cümhuriyyətinin bayrağı yenidən rəsmi dövlət bayrağı kimi qəbul olundu və
bu, milli dövlətçiliyin davamlılığının simvoluna çevrildi.
Prezident
İlham Əliyev: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən
biridir…” Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan dövləti
bu gün sabitlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz baxımından uğurlu bir yol
keçir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müstəqilliyini
daha da möhkəmləndirərək, regionda və dünyada söz sahibi olan bir ölkəyə
çevrilmişdir.
28
May – təkcə bir tarix deyil, bir xalqın öz müqəddəratını təyin etmə əzminin və
milli qürurunun təntənəsidir. Bu gün, biz təkcə keçmişə hörmət etmir, həm də gələcəyə
inamla baxırıq. Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir!
Aytən İmanova,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin
direktoru,
YAP Hacıqabul rayon təşkilatının fəalı.
Digər xəbərlər



