28 may - Müstəqillik günüdür.
2025-05-27
Baxış: 86

1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan Bəy Tobçubaşov və Azərbaycanın digər qabaqcıl insanlarının rəhbərliyi ilə müdrük Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı. Müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi.
“28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünkü 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”, deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bununla Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, onların fəaliyyətinə nə qədər yüksək qiymət verdiyini nümyiş etdirmişdir.Çox təəssüflər olsun ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. 23 ay yaşamasına baxmayaraq, bu aylar ərzində çox böyük işlər görə bilmişdir. Azərbaycan Respublikasının rəsmi simvollarından biri olan Dövlət bayrağımız və Azərbaycan vətəndaşlığı təsis edilmişdir. Cümhüriyyətin gördüyü mühüm işlərdən biri də milli ordunun yaradılması olmuşdur. Məhz bu ordu, Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir.“Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”deyən President cənab İlham Əliyevin sayəsində bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil, demokratik, qalib Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir.
Bu gün əminliklə, qürur və fəxrlə deyə bilərik ki, Prezident cənab İlham Əliyevin sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü güclənmiş, qüdrətli , bütöv Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır.
Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr müavini.
Digər xəbərlər



