Tariximizin yeni inkişaf mərhələsi.

28
May–Azərbaycanın Respublikasının Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə
həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür.
1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan,
tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin
ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Müstəqil,
azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq
Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə
qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
1918-ci
il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan
etdi. Bununla da, əslində Azərbaycanın tarixində parlamentli respublikanın
bünövrəsi qoyulmuş oldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti
və sədri seçildi. Mayın 28-də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi
qəbul edildi. Qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm
tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.Cümhuriyyətin ömrü
uzun olmasa da, qısa bir müddət ərzində çox böyük işlər görə bilib. Bu qısa
dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis
edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları
özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib.
Demokratik
hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların
bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl
qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi,
təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata
keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.
1991-ci
il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”
Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli
İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan
Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Müstəqilliyin əldə edilməsi
mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir
işdir. Bu günümüzü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə
bunu daha aydın şəkildə görürük.
Tariximizin
yeni inkişaf mərhələsi, Azərbaycan xalqı müstəqilliyin sevincini yalnız 1993-cü
ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşamağa başladı.
Ümummilli Lider Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər
gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Dahi şəxsiyyət
Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Bu
gün Azərbaycan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məhz 1993-2003-cü
illərdə Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində ən yüksək zirvələri fəth
edir, Zəfərlərə imza atır. Cənab İlham Əliyevin “Bu gün müstəqillik bizim üçün ən
böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da
müstəqillik və qələbələr yolu ilə gedəcəyik” fikri keçilən yolun və qarşıdakı
dövrün hədəflərinin aydın mənzərəsini yaradır. Hazırda müasir müstəqil, qalib
Azərbaycan təkmil inkişaf və dirçəliş modeli ilə dünyanın diqqətindədir. Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimiz daha əbədi, daha dönməz
olacaq.
Bəxtiyar
Ələkbərov,
YAP
Hacıqabul rayon təşkilatının Ərazi partiya təşkilat (ƏPT) sədri.
Digər xəbərlər



