Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində parlaq səhifələrdən biridir

Xalqımız bu günlərdə öz tarixinin ən əlamətdar günlərindən
birini – müsəlman dünyasında parlamentar idarəetmə formasına sahib ilk
demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)
yaranmasının 107-ci ildönümünü qeyd edir. Bu, Azərbaycan xalqının tarixində
olan birliyi xatırladan ən parlaq səhifələrdəndir.
Məlumdur
ki, 1918-ci il may ayının 28-də AXC-nin Milli Şurası, Vətənini canından da çox
sevən igid babalarımız İstiqlal Bəyannaməsini imzaladıqdan sonra Azərbaycanın
ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi,
dövlət atributları yaradıldı, ana dili dövlət dili elan olundu, Azərbaycan vətəndaşlığı
institutu təsis edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata
keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi,
bütövlükdə dövlətçilik ənənələrinin formalaşmasın əsası qoyuldu, xalqımızın
müstəqillik hissləri daha da yüksəldi.
Fəaliyyətə
başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində,
ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə
demokratik prinsiplərin təsbit edilməsində əsaslı rola malik oldu. Xüsusilə Azərbaycanda
yaşayan bütün xalqların və siyasi partiyaların, eləcə də bütün etnik və dini
qrupların parlamentdə təmsil olunması demokratik iştirakçılıq dəyərlərinə verilən
ən əsas diqqət idi. AXC-nin parlamentdəki sözü gedən yüksək təmsilçiliyi şübhəsiz
ki, gələcək demokratik və multikultural dövlətin əsas qayəsi oldu. Çox az
vaxtda cəmi 23 ay ərzində AXC hökuməti bir sıra qanunlar qəbul etmiş, siyasi, hərbi,
hüquqi və iqtisadi islahatlar həyata keçirmişdir.
Çətin
və mürəkkəb bir dövrdə qurulmuş Cümhuriyyətin atdığı ilk addımlar isə xalqın
savadlanması və təhsilin arzu olunan səviyyəyə çatdırılmasından ibarət idi. Məhz
bu istiqamətdə 1919-cu ildə Bakı Dövlət Universiteti və bir çox digər təhsil müəssisələri
yaradıldı. Eyni zamanda, şəffaf hüquq və məhkəmə sisteminin qurulmasına təkan
verildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik
müstəvidə milli maraqların qorunması istiqamətində mühüm işlər görüldü. Məhz
dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti nəticəsində
ölkəmiz dünyanın siyasi nizamının yenidən qurulduğu bir zamanda beynəlxalq
hüququn subyektinə çevrilə bildi və bolşevik işğalından sonra Azərbaycanın bir
dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı alındı. 1918-ci
ilin mayın 28-i yalnız Azərbaycan xalqı üçün yox, demokratik və respublika dəyərlərini
qeyd edən bütün ölkələrdə əhəmiyyətli bir tarix olmalıdır. AXC-nin öz inkişaf
yolunda özünə bələdçi etdiyi milli və bəşəri dəyərlər bu gün də dünyanın çatmaq
istədiyi qlobal məqsədlərin hədəfləri ilə eynilik təşkil edir.
Yarandığı
gündən xalq hakimiyyəti və insanların bərabərliyi prinsipinə əsaslanan AXC-nin
cəmi 23 ay yaşamasına baxmayaraq xalqın istiqlal arzusu ölmədi. Bununla da 71
il sonra, 1991-ci ildə oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında» Konstitusiya Aktı qəbul edildi. Konstitusiya Aktında 1918-ci il 28
may tarixli İstiqlal Bəyannaməsinə istinad olundu və Azərbaycan Respublikasının
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu bildirildi. Umummilli Lider Heydər
Əliyevin AXÇ haqqında demişdir: «Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə
etməkdən qat-qat çətin bir vəzifə idi.» Məhz ikinci dəfə qazandığımız
müstəqilliyi əöədi edən dahi lider Heydər Əliyev oldu. Taleyimizin həll
olunduğu ağır bir zamanda qədirbilən Azərbaycan xalqının təkidli tələbinə səs
verərək yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil müasir Azərbaycanın
qurucusu və memarına çevrildi.
Bu
böyük şəxsiyyət ilk dəfə 17 noyabr 1990-cı il tarixində Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sessiyasına rəhbərlik edərkən, Sovet İttifaqı
mövcud olduğu bir vəziyyətdə məhz Xalq Cümhuriyyətindən miras qalan, bizi
tanıdan, mənəviyyatımızı, milliliyimizi əks etdirən üçrəngli bayrağımızı iclas
zalına gətizdirərək rəsmi Dövlət bayrağı kimi təsdiq olunmasına nail oldu.
P rezident İlham Əliyev tərəfindən 2018-ci
ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi ölkəmizin dövlətçilik
tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli
respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə
böyük dəyər verildiyinin bariz nümunəsidir. Ən qürürverici məqam isə odur ki,
İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən sonra Azərbaycan Xalq
Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının Şuşada, Xankəndidə, suveren
Azərbaycanın bütün ərazilərində dalğalandı. Bu, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Bundan başqa
altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi də dövlətçilik ənənələrinə
öz ehtiramını nümayiş etdirərək 2021-ci il 15 oktyabr tarixində «Müstəqillik
günü haqqında» Azərbaycan Respublikasının Qanunu təsdiq etdi. Həmin Qanuna əsasən
Azərbaycanda 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası
Günü elan edildi. Bu, dövlət suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş
müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin
tamhüquqlu varisi olduğunu bir daha təsdiq edir.
Prezident
İlham Əliyev bu barədə deyib: «Müsətəqilliyimizin qorunması, möhkəmlənməsi
ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq
Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq
Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin
etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız
davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq»
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



