İrandan Azərbaycana heroin keçirən Salyan rayon sakini tutulub

2019-05-23 Baxış: 1412
img

23.05.2019

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ONA-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Yuxarı Ağalı kəndi ərazisində Salyan rayon sakini Elnur Zeynalov saxlanılıb. Ondan 112,427 qram çəkidə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı E.Zeynalovun narkotik vasitəni İran İslam Respublikasından əldə edərək qaçaqmalçılıq yolu ilə Respublika ərazisinə keçirdiyi müəyyən edilib. Həmçinin onun narkotik vasitəni sifariş əsasında verməli olduğu Bakı şəhər sakinləri hər ikisi əvvəllər məhkum olunmuş Elçin Cavanşirov və Samir Əsgərov Qaradağ rayonu ərazisində “Reno Megan” markalı avtomobillə saxlanılıblar. Saxlanılarkən avtomobildən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. 

Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.