Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsidir

Ulu
Öndər Heydər Əliyevin həm səmimiyyətlə, həm də ürəkyanğısı ilə söylədliyi
«Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin
qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr
olunacaqdır» sözləri böyük bir liderin, güclü şəxsiyyətin siyasi fəaliyyətinin
təməl prinsipləri idi. Ötən əsrin 90-cı illərində yenicə müstəqillik qazanmış
Azərbaycan böyük təhlükə qarşısında idi. Ölkəmizi həm daxili qüvvələr, həm də
xarici qüvvələr Azərbaycanı parçalamaq istəyirdilər. Azərbaycan kimi böyük
coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam
müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana
etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə
uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi xalqı və ölkəni çətin
vəziyyətə saldı.
1993-cü
il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin
təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir
zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər
Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. Belə
ki, ölkəmizdəki anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə
müşahidə olunan dərin tənəzzülün qarşısını aldı. Eyni zamanda, yenidən qurduğu
və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yoluna çıxardı.
Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət
davasının getdiyi bir vaxtda həyatını təhlükə altına qoyaraq dərhal Gəncəyə
yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.
Azərbaycan
xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə
yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Ümummilli Lider Heydər Əliyevin adı
ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə
çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu,
inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü ilin 15 iyun tarixi gün, eyni
zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya
miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə
layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz
qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu
bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox
olmaq təhlükəsindən qurtarmasında idi.
Bütün
şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət
xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın
banisi kimi yazılıb. Ümummilli Lider Heydər Əliyev problemlərin həlli üçün ölkədə
vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. “Mənim həyatım da, fəaliyyətim
də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin
bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider
problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin,
sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Böyük risklərə
baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə
götürdü. Bütün bunlara səbəb Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti,
Heydər Əliyevə olan möhkəm, sarsılmaz inam, Vətəninə sonsuz və təmənnasız
sevgisi idi.
Müasir
Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi
bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində
başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan
Silahlı Qüvvələri dünyanın ən güclü 55 ordusu sırasında yer almasının səbəbidir.
Ulu
Öndərin ən böyük arzusu Azərbaycanın ərəzi bütövlıyının və suverenliyinin bərqərar
olması idi. Məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük
inamla söylədiyi fikir belə idi: «Arzu edirəm ki, sizinlə birlikdə gedək
Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı
üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir.
Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç
vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan,
Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya
bilmərik»;»
Ulu
Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev
ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda,
Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Müzəffər
Ali Baş Komandan ,Prezident İlham Əliyev bu bardə demişdir: «Danılmaz həqiqətdir
ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə
ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş
Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.»
Prezident
İlham Əliyev postmüharibə dövründə azad edilmiş torpaqlarda infrastruktur
layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük
Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata
keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca
zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl
guşələrindən birinə çevriləcək. Qarabağ günü-gündən inkişaf edəcək. Mədəniyyətin,
elm və təhsilin, turizmin vəhdət şəklində inkişafı xalqımızın rifahına öz müsbət
təsirini göstərəcək.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



