Qərbi Azərbaycanlıların hüquqları tanınmalıdır.

Azərbaycanlıların
Ermənistandan deportasiyasından on illər ötür. Etnik təmizləmə siyasəti nəticəsində
Ermənistan təkmillətli dövlətin formalaşmasına nail olmuşdur. Bu tarixi
reallıqdır ki, indiki Ermənistan ərazisi azərbaycanlıların qədim torpaqları
olub. Bunu tarixi faktlar, həmin ərazilərdə olan azərbaycanlılara aid tarixi
abidələr də sübut edir. Azərbaycanlılar zorla həmin ərazilərdən, doğma
yurdlarından qovulub, Azərbaycan izləri, tarixi abidələri dağıdılıb, talan
edilib. Qərbi Azərbaycan həqiqətləri dünyaya çatdırılmalı, bu istiqamətdə işlər
görülməlidir. Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün
tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların milli
irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Bu torpaqlar Azərbaycanın
əzəli torpaqlarıdır və burada azərbaycanlıların doğma yurdları olduğunu isbat
edən yüzlərlə fakt mövcuddur. İndi Ermənistana aid edilən Qərbi Azərbaycan ərazisində
İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı yerləşib və
orada azərbaycanlılar yaşayıb.
1920-ci
ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Qərbi Zəngəzur
Azərbaycandan ayrılaraq Ermənistana birləşdirildi. Bu, xalqımıza qarşı tarixi ədalətsizlik
və cinayət idi. XX əsrin müxtəlif dövrlərində sonradan həmin ərazilərə köçürülən
ermənilər azərbaycanlıları sıxışdıraraq onlara qarşı soyqırımı törədilblər və
deportasiyaya məruz qoyublar. Ermənistanda 300-dən çox şəhər və kənddə azərbaycanlılar
yaşayırdılar. Onlar 3 il ərzində Ermənistandan zorla çıxarıldı, işgəncələr
verildi, bir çoxları öldürüldü. Sonuncu kənd - Nüvədi 1991-ci ilin avqustunda
deportasiyaya məruz qaldı. Azərbaycanlıların məruz qaldığı bütün bu
zorakılıqlar dünya ictimaiyyətinin diqqət mərkəzində saxlanılmalı və baş vermiş
cinayətin mahiyyəti barədə onlara daha geniş məlumat verilməlidir.
30
illik işğal dövründə bizim əsas diqqətimiz Qarabağ məsələsinə yönəlmişdi. Artıq
Azərbaycan dövləti bu məsələni hərbi-siyasi güc yolu ilə özü həll edib. Azərbaycanlılar
öz doğma torpaqlarına qayıdırlar. Azad edilmiş torpaqlarda erməni vəhşiliyinin
izləri xalqımıza qarşı törədilən cinayətin miqyasını və mahiyyətini bütün
çılpaqlığı ilə göstərir. Ermənistan ərazisində yaşayan azərbaycanlıların
yaşadıqları dəhşətləri geniş ictimaiyyətə göstərməklə ədalət bərpa olunmalıdır.
Bu
mənada, dövlət başçısının Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü və
görüş zamanı toxunduğu məsələlər bundan sonra bu istiqamətdə görüləcək işlər
üçün yol xəritəsi rolunu oynayacaq. Tarixi faktların beynəlxalq aləmə düzgün
çatdırılması ən ümdə məsələdir, belə ki, baş vermiş cinayət hüquq müstəvisində
uyğun addımların atılmasını zəruri edir. Öz doğma torpaqlarından deportasiya
olunmuş Qərbi Azərbaycanlıların hüquqları bərpa olunmalıdır.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



