AZƏRBAYCAN ECO-NUN İŞİNDƏ HƏMİŞƏ FƏAL İŞTİRAK ETMİŞDİR

İyulun
4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə
görüşü keçirilib.
İqtisadi
Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını,
nümayəndə heyətlərinin rəhbərlərini qarşılayan Prezident İlham Əliyev Zirvə
görüşündə çıxış edərək Azərbaycan və dünya üçün əhəmiyyət daşıyan bir çox
qlobal məsələlərə toxunub. Çıxışında Azərbaycanın EKO-nun işində iştirakına
münasibət bildirən Prezident İlham Əliyev söyləyib:
“Azərbaycan
ECO-nun işində həmişə fəal iştirak etmişdir. ECO-ya üzv ölkələrlə əlaqələrimiz
uğurla inkişaf edir.
Keçən
il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirilmişdir. Bu
konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs
qeydiyyatdan keçmişdir.
Konfransda
əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının
100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər
Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan
ibarət olmuşdur.
Azərbaycanın
təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun
Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil
edilmişdir. Forumda iştirak etmiş nümayəndələr bu gün burada görülmüş işlərlə
bağlı məruzələr təqdim edəcəklər.
ECO-nun
Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə
başlamasının təmin olunması istiqamətində işlər davam edir.
2026-cı
ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsinə görə təşəkkürümü
bildirirəm”.
Aidə
Hüseynova,
YAP
fəalı, Hacıqabul şəhər 5 saylı tam orta ümumtəhsil məktəbinin direktor müavini.
Digər xəbərlər



