“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.”

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini
yaşadan, inkişaf etdirən onun dilidir.
Doğma
dilimizin inkişaf etdirilməsində, dövlət dili statusu qazanmasında ümummilli
lider Heydər Əliyevin böyük xidmətləri danılmazdır. 70-ci illərin ortalarından
başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi
yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin
sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin
təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-cu illərdə dil məsələsini
qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də
ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o
vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində
öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi
Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən
biridir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan
Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq
müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən
Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək
təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan
dilidir.” Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən
birini məharətlə qorumuşdur.
Ulu Öndər Azərbaycan dilinin adını özümüzə
qaytardı. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası
hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər
irəli sürülürdü. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan
dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə
ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan
Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Ümummilli Lider Heydər Əliyev dövlət dilinin yeni
inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman
imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi,
formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu
tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə
ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil
Komissiyası yaradılmışdır. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili
gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər
il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd
edilir.
“Azərbaycan Respublikasında dövlət dili haqqında”
Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul
edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət
dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən
biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır,
dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə
ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan
Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan
dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Arif
Bağırov,
YAP
Neftçala rayon təşkilatı
Ərazi
partiya təşkilatının sədri
Digər xəbərlər



